{category-title}

Qənirə Paşayeva İzmir valisi Yavuz Selim Köşger ilə görüşüb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva İzmir valisi Yavuz Selim Köşger ilə görüşüb.
İzmirə öncəki səfərlərini xatırladan Q.Paşayeva 44 günlük müharibədəki Zəfərdən sonra İzmirə ilk gəlişi olduğunu bildirib və tarixi Zəfəri Azərbaycan-Türkiyə qardaşlığının böyük təntənəsi adlandırıb.
Q.Paşayeva İzmirdə Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının işığında təşkil olunmuş tədbirlərdən danışıb, İzmir valiliyinin 44 günlük müharibə vaxtı verdiyi mənəvi dəstəyə görə təşəkkür edib.
Q.Paşayeva İzmir Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi ilə Dünya Azərbaycanlıları Konqresi İzmir şöbəsi ilə, ümumən İzmirdə işləyən, taleyini İzmirə bağlayan həmvətənlərimizə diqqət-qayğısına görə valiyə, onun timsalında bütün İzmirlilərə minnətdarlığını yetirib.
Q.Paşayeva xatırladıb ki, “44 günlük müharibədəki tarixi Zəfərdən öncəki səfərlər vaxtı keçirilən tədbirlərdə sözlərimizi həmişə bir dua və inamla bitirərdik: gün olsun, torpaqlarımızı azad edək və növbəti tədbirlərimizi Şuşada, digər şəhərlərimi birgə keçirək. Tanrıya çox şükürlər olsun, dualarımız həyata keçdi. Biz indi Qarabağda, Şərqi Zəngəzurda tədbirlər keçirir, o gözəl torpaqlarımızda mədəni quruculuq işləri sürət və keyfiyyətlə davam edir. və bu işdə türk şirkətləri yaxından iştirak edir.
Sözünə davam edən Komitə sədri deyib: “Şuşa Azərbaycanın rəsmən Mədəniyyət paytaxtı statusu almaqla yanaşı, 2023-cü il üçün Türk dünyasının Mədəniyyət paytaxtıdır.
O şəhərimizin tarixində ən mühüm sənəd - “Şuşa bəyannaməsi” imzalanıb. Sənədi dövlət başçılarımız İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan imzalayıb.
Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın, Türkiyə dövləti və qardaş xalqın müharibənin ilk anlarından Azərbaycana verdiyi əvəzsiz mənəvi, siyasi, diplomatik və informasiya dəstəyi gücümüzə güc qatdı”.
Bu dəstəyi əcdadımızın ruhunu şad edən, gələcək nəsillərə yol göstərən böyük hadisə kimi şərh edən Q.Paşayeva, hər bir aydının, gəncin, ümumən vətəndaşlarımızın bu hadisəni öz həyat və fəaliyyətində örnək almalı olduğunu söyləyib.
Q.Paşayeva, Azərbaycan-Türkiyə qardaşlıq, dostluq, qonşuluq və strateji müttəfiqlik birgə fəaliyyətinin digər qardaş ölkələrimiz üçün də örnək təşkil etdiyini bildirib, Türk birliyinin dünya nizamına, ədalətə, sülhə xidmət etdiyini deyib. O, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik əlamətdar yubileylərindən söz açıb, bu mühüm yubileylərin hər iki qardaş ölkədə xüsusi məhəbbətlə qeyd edildiyini bildirib.
Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
Görüşdə Azərbaycan vətəndaş cəmiyyəti institutlarımızın rəhbərləri və fəalları, müxtəlif qurumları təmsil edən aydınlar -
Sevinc Əlizadə, İbrahim Məmmədov, Əkbər Qoşalı, Elşad Eyvazlı, Aqil Ələsgər, Südabə Cahangirli, Zaur Məmmədov, Elnur Hüseynov, Elşad Heydərov iştirak edib.
Qənirə Paşayeva İzmir valisi Yavuz Selim Köşger ilə görüşüb

Son xəbərlər

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb

Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək

Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir

Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

Ərdoğan futbolçuları belə təbrik etdi - Video

Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub

Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib

Son 8 ayda ölüm sayı açıqlanıb

Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Keçmiş icra başçısı vəfat etdi

Bakıda qadın evdə doğuş etdi

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Bütün xəbərlər