{category-title}

Əliyevin xəbərdarlıqları: Yeni ssenarilərə hazırlıq - TƏHLİL

Prezident İlham Əliyevin AzTV-yə müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi ilə bağlı səsləndirdiyi fikirləri iki istiqamət üzrə təsnifatlandırmaq olar.

Birincisi, Rusiya sülhməramlı qoşunlarının müvəqqəti qaydada yerləşdirildiyi Qarabağda açıq qalan məsələlərin həlli Azərbaycanın daxili işidir.

İkincisi, Əliyev İrəvandakı ağır atletika üzrə Avropa çempionatında Azərbaycan Bayrağının yandırılması fonunda belə bir ifadə işlətdi: “Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər”.

Birinci və ikinci mövqe vahid konsepsiyada birləşir – bu, Azərbaycanın milli təhlükəsizliklə bağlı görəcəyi tədbirləri və strateji maraqlarının hədəflərini göstərir.

İlham Əliyevin çıxışları onun Ali Baş Komandan kimi hərbi ölçülərin miqyası barədəki mövqeyini əks etdirir.

Eyni gündə, İlham Əliyevin müsahibəsindən əvvəl, Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentinin iclasında ənənəvi fikirlərini gündəmə gətirdi.

O, Azərbaycanın ərazi bütövlüyünün tanınmasından danışsa da, sərhədlərin delimitasiya çərçivəsində haradan başlayıb, harada bitdiyi barədə aydın təsvir verməkdən qaçdı ki, bu da İrəvanın hələ yekun mövqeyə gəlmədiyinin meyarıdır.

Paşinyanın fikirlərində yeni bir xətt gözə çarpdı, o, regionda Ermənistanın Azərbaycan qarşısında hərbi balansı bərpa etmək üçün ciddi proqramlarının olduğunu dedi.

Deməli, Ermənistanın Azərbaycanla müqayisədə hərbi potensialının qat-qat zəif olmasını rəsmi İrəvan qəbul etmir və “bərpa etmək” tezislərini regiondakı hərbiləşdirmənin gücləndirilməsi qismində dilə gətirir.

Bu, postmünaqişə dövrü aurasının korlanmasıdır və Ermənistanın silahlanması ona görə təhlükəlidir ki, o, hələ köhnə, işğalçılıq siyasətindən əl çəkdiyini bəyan etməyib. Ermənistanın silah idxalındakı göstəricilər, əsasən, İran və Hindistana məxsusdur, lakin Rusiya da özünün regiondakı ambisiyalarından dolayı yeni ixrac marşrutları axtarır.

Prezident İlham Əliyevin Qarabağ separatçılarına və Ermənistan hakimiyyətinə “tuşladığı silahlar”dan eyni zamanda İrəvanın revanşist hisslərini diri tutmağa çalışan üçüncü qüvvələr də öz payını götürməlidir.

Əks təqdirdə, regionda təhlükəsizlik, sabitlik və qarşılıqlı etimad yoxa çıxacaq və bunun məsuliyyəti Ermənistanın üzərində qalacaq.
Əliyevin Qarabağla bağlı dediyinin detallarına keçid etsək, görürük ki, Azərbaycan separatçıların neytrallaşdırılması və ya zərərsizləşdirilməsi ilə bağlı planlarını yüz ölçüb, bir biçərək yekun qərar verib.

Əliyevin fikrini daha da sərt şəkildə ifadə etməsi separatçılara, Ermənistana, onları bəsləyib kökəltmək istəyən qüvvələrin beyinlərinə strateji sirayətlərlə yeridilən xəbərdarlıqlardır.

İndi Ermənistan üçün də, Qarabağdakı ermənilər üçün də iki seçim var. Ya Azərbaycanın şərtlərini qəbul etməli, ya da Bakının verə biləcəyi qərarların təsirləri altında əzilməyi seçməlidirlər.

Beləliklə, nəhayətdə Ermənistanın Paşinyanın ölkə sərhədləri üçün ifadə etdiyi 29,8 min kvadratkilometr ərazini qoruyub-saxlaya bilmək potensialı tükənə bilər.

Azərbaycanda, görünür, Ermənistanın balanssızlığı və qeyri-müəyyən davranışları ilə özünü nəhəng güclərin imperialist planlarına hədiyyə etməyə üstünlük verməsi barədə səhih kəşfiyyat məlumatları var.

Regionda özünü başqasının ağuşunda saxlamaqla Azərbaycana qarşı cəbhənin piyadası olmaq belə təhlükəli ssenaridir.

Azərbaycan gah Qərbin, gah da Rusiyanın regionda təsir dairələrində vurnuxmamaları üçün “yol”ları bağlamaq üçün yeni plana malik ola bilər.

Çünki regionda cərəyan edən proseslərin formasının böyüməsi yeni ssenarilər və problemlər qarşısında daha düzgün qiymətləndirmə tələb edir.

Təhlükəli tendensiyalar qalsa belə, Azərbaycanla Ermənistan arasında danışıqlar yolu bağlanmayıb. İlham Əliyevin yeni açıqlamaları Azərbaycanın növbəti danışıqlara hansı üstünlüklərlə getdiyi barədə təsvirlər verməyə yardımçıdır.

Ermənistanı ən çox qorxuya salan sərhədlərlə bağlı məsələlərdir, çünki Azərbaycan böyük ölçüdə sərhədlə bağlı planlarını tərtib edib və İrəvan bundan xəbərdardır.

Oxu.az

Son xəbərlər

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib

Milli Məclisin sədri Serbiyaya işgüzar səfər edib

ABŞ ordusu İranın Küveytdə hərbi bazaya atdığı 2 ballistik raketi zərərsizləşdirib

Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir

Moldova rəsmisi: Azərbaycan şaxələndirilmiş qaz mənbələrinə çıxışımızda mühüm rol oynayıb

Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib

Qəbul imtahanının 2-ci cəhdində iştirak üçün qeydiyyat başlayıb

İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib

Sabah Bakıda 23, bölgələrdə 28 dərəcə isti olacaq

BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq

Emin Əmrullayev Gəncədə vətəndaşları qəbul edəcək

Şəhid övladlarının iştirakı ilə "Yol polisimizlə bir gün" adlı tədbir keçirilib

Minifutbol üzrə Avropa çempionatı: Azərbaycan millisi bu gün Qazaxıstanla qarşılaşacaq

Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib

İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

BMT-yə vaxtında ödəniş edənlər: Britaniya, Azərbaycan, Almaniya... - ADLAR

İranın XİN başçısı müsəlman ölkələrini həmrəyliyə çağırdı

KİV: İranın dəniz blokadası davam edir, gəmilər ABŞ tərəfindən dayanma xəbərdarlığı alır

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

ABŞ-ın müharibə naziri: Çin ölkəmizin təhlükəsizliyini təhdid edə bilməməlidir

KİV: İranın Küveytdəki bazaya zərbəsi nəticəsində 5 amerikalı hərbçi yaralanıb

Bütün xəbərlər