{category-title}

Bakıdan Ağstafaya 4 saat 55 dəqiqəyə çatacağıq
Mart 18-dən etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutu Ağstafa stansiyasına qədər uzadılacaq.
Bu barədə  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (ADY) məlumat verilib.
Bildirilib ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımaları həyata keçiriləcək.
Rəsmi məlumata görə, sərnişinlər Bakıdan Ağstafaya 2020-ci ilin martına qədər fəaliyyət göstərən sərnişin qatarı ilə 8 saata çatdırılırdısa, artıq bu məsafə 4 saat 55 dəqiqəyə qət olunacaq. Həmçinin, marşrut xəttinin uzadılması Tovuz stansiyasında da fəaliyyətin təmin olunmasına imkan yaradır.
Hərəkət cədvəlinə gəlincə sürətli sərnişin qatarı hər gün saat 08:45-də Bakıdan Ağstafaya yola düşərək saat 13:40-da mənzil başına çatacaq. Ağstafa-Bakı marşrutu üzrə isə qatar hər gün saat 17:10-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:05-də çatacaq. Sürətli sərnişin qatarının müvafiq marşrut üzrə orta sürəti 100 km/saat təşkil edəcək.
 Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart sinif üçün yerlərdə 17 AZN, Bakı-Tovuz istiqaməti üçün isə 16 AZN təşkil edir. Biletləri Dəmiryol Vağzallarının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür. Biletlər 10 mart tarixində satışa çıxarılacaq.
459 km uzunluğunda olan Bakı-Ağstafa-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarın ümumi sərnişin tutumu 364 yerdir.
Qeyd edək ki, Azərbaycan da daxil olmaqla MDB-də qüvvədə olan  dəmir yollarının sürət nornativlərinə əsasən, sərnişin qatarının orta sürəti 50-90 km/saat təşkil edərsə, bu, sürət qatarı, 91 km/saatdan artıq olduqda isə sürətli sərnişin qatarı hesab olunur. Azərbaycan Dəmir Yolları MDB Dəmir Yolları Şurasının üzvü olduğundan öz fəaliyyətində həmin Şuranın normativlərinə istinad edir.

Son xəbərlər

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Bütün xəbərlər