{category-title}

İmamoğlu və Yavaş Kılıçdaroğluna belə dəstək oldular


Xəbər verdiyimiz kimi, ötən gün Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Ankarada görüşüb.

İYİ partiya sədri Meral Akşenerin zəngindən sonra baş tutan görüşün ardından hər iki siyasətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu dəstəklədiklərini elan ediblər. 

PressXeber.info Türkiyə mətbuatına istinadən məlumatına görə, görüşdən sonra Ə. İmamoğlu sosial media hesabında Kılıçdaroğluna dəstəyini paylaşaraq onun millətin çətin günündə xalqın iradəsini təmsil edəcəyinə ümid etdiyini qeyd edib: “Millət İttifaqı xalqımızın çətin dönəmində üzərinə ağır bir məsuliyyət götürüb. İnanıram ki, millətimizə çarəsiz, ümidsiz günlərdə tək olmadıqlarını göstərəcəklər. CHP-nin öz övladı və Millət İttifaqının Bələdiyə başqanı olaraq millətimizin arzu etdiyi birlik içərisində, ittifaq masasında iradəmizi təmsil edən cənab Kılıçdaroğlunun və Millət İttifaqının daha da böyüyəcəyinə şübhəm yoxdur”.

İmamoğludan sonra CHP sədri Kamal Kılıçdaroğluna dəstək Mənsur Yavaşdan da gəlib. Yavaş sosial media hesabından verdiyi açıqlamada bunları qeyd edib: “İndiyə qədər verdiyimiz açıqlamalarda partiyamızın sədri cənab Kılıçdaroğlunun iradəsinə zidd hərəkət etməyəcəyimizi bildirmişdik. Eyni yoldayıq. Ümidimiz Millət İttifaqının bütün maraqlı tərəflərlə yoluna davam etməsidir”.

Xatırladaq ki, martın 2-si “altılı masa”da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı müzakirələr keçirilib. 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu təklif edib. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsə də, İYİ partiya Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini irəli sürüb. Digər partiyalar həmin şəxslərin namizədliyini qəbul etməyib. Danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb.

Son xəbərlər

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Bütün xəbərlər