{category-title}

Od tutub yanan bazar: Qiymətlər niyə yüksəkdir?
"Bakıda kənd təsərrüfatı məhsullarının bazara çıxışını Bakı Şəhər İcra Hakimiyyəti təşkil etməlidir”. 
Bunu Qaynarinfo-ya iqtisadçı ekspert Vahid Məhərrəmov deyib. O bildirib ki, bunun üçün BŞİH kəndlərdə və şəhərdə reklam işlərini elə aparmalıdır ki, kəndlinin həmin bazara marağı yaransın:
"Qurum kəndlərə müraciət etməlidir ki, biz sizin istehsal etdiyiniz məhsulun satışını təşkil etmək üçün Bakıda normal şərait yaradırıq. Məhsullarınızı gətirin Bakıda təşkil edəcəyimiz yarmarkada satın. Ona kim razı olmaz? Həmin adamlar da gətirib məhsulunu münasib qiymətə satacaq”. 
Ekspert hesab edir ki, Bakıda kənd təsərrüfatı məhsullarının qiymətini endirmək üçün onların istehsalı iki dəfə artmalıdır:
"Bilisiniz ki, Bakı il ərzində nə qədər kənd təsərrüfatı məhsulları istehlak edir. Bakıdakı qiymətləri endirmək üçün istehsal iki dəfə artmalıdır. Belə olan halda qiymətlər normal olacaq. Kənd təsərrüfatı məhsulları kəndlərdə istehsal olunur. Kəndli istehsal edir, tədarükçülər həmin məhsulu tədarük edib bazarda satır. Əgər məhsul boldursa, onun qiyməti bazarda alıcılar üçün əlçatan olur. O məhsul ki, bazarda əlçatan deyil, istehsalı azdırsa, onun qiyməti bazarda baha olacaq. Pomidor, xiyar, kartof, soğanın qiyməti yüksəkdir. Bunların qiyməti baha olduğu bir zamanda bayram yarmarkalarında bu tərəvəzlərin qiyməti enəcək? Yox, əsla. Baxın, bazar və marketlərə, hətta küçədə, metroların çıxışlarında qurulan piştaxtalara, qiymətlər od tutub yanır”. 
Vahid Məhərrəmov əlavə edib ki, həmin məhsulların hamısı rayon mərkəzlərində olan bazarlardan alınıb və alınacaq:
"Orada kənd təsərrüfatı məhsulların satışı ilə məşğul olan sahibkarlara tapşırıq verilir. Onlar həm özlərinin, həm də qonşuların satdıqları məhsulu alıb gətirəcək yarmarkaya. Heç kim öz evində istehsal etdiyi məhsulu Bakıda ucuz satmaz. Onların gətirdiyi məhsullar o qədər cüzidir ki, Bakıda qiymətlərə təsir edəcək səviyyədə deyil. Heç zaman da təsir etməyəcək”. 

Son xəbərlər

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir

İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO

Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik

Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək

Türkiyədə bələdiyyə sədri saxlanılıb

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

Putin İlham Əliyevi təbrik etdi

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...

Metronun hərəkət qrafiki dəyişdirilir

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

QMİ Qurban bayramı ilə bağlı fətva verib

Xəzər dənizində zəlzələ olub

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

Bütün xəbərlər