{category-title}

Vardanyan “yıxıldı”: Ssenarilər nədən ibarətdir? - TƏHLİL


Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə gələrək özünü “dövlət naziri” elan edən Ruben Vardanyanın xəyalları suya düşür.

Daha dəqiq desək, Vardanyanla yanaşı, onu himayə edən, qeyri-leqal gəlirlərini artırmaqda yardımçı olan Rusiya və Qərbin bu etap üçün oyunu pozuldu. Ancaq biri üçün az, digəri üçün daha sərt formada.

Bilinir ki, Ruben Vardanyan Kremlin əlindəki oyuncaqdır və Moskva bu vasitə ilə Cənubi Qafqaz üzrə hökumətlərə alternativ qüvvələr formalaşdırır.

Ruben Vardanyanın “Qarabağdakı məşqləri” onu Ermənistana doğru itələyən prosesin yönünü təşkil edir. Yəni o, İrəvan administrasiyasına alternativ və böyük rıçaqlara malik ola biləcək fiqur kimi yetişdirilir.

Ancaq prosesin Azərbaycan torpaqları üzərindən aparılması Bakı üçün qəbuledilməz bir tablodur. Bakı onu da hesablayır ki, Vardanyan kimilərinin Ermənistanda böyük bir nüfuz qazanması gələcəkdə Bakı-İrəvan gündəliyinin Moskva tərəfindən tormozlanmasına şərait yarada bilər.

Deməli, Vardanyanın Qarabağdakı qondarma vəzifəsindən azad edilməsi Bakının diktələrinin nəticələri kimi qəbul edilməlidir.

Vardanyan isə hələ də Qarabağda qalacağını deyib, ancaq hər keçən müddətdə Azərbaycanın onu zərərsizləşdirmək üçün xeyli effektiv addımlar atacağına şübhə yoxdur.

Vardanyanın yerinə təyin olunan separatçıların “baş prokuroru” Qurgen Nersisyanın siyasi xarakteri maraq doğurur.

Bu xarakter, təbii ki, erməni xislətindəki dəyişməz prinsipləri saxlayıb, ancaq Vardanyanın kreslodan düşürülməsi fonunda ən azından Azərbaycanla Qarabağ erməniləri arasındakı təmaslara menəə yaradan tel qırıldı.

Qurgen Nersisyan vəzifə cəhətdən Vardanyanın yerinə gəldikdən sonra Rusiya və Qərb onu öz qucağında oturtmağa cəhdlər edərək bundan növbəti mərhələlərdə Azərbaycana qarşı yararlanmağa çalışa bilərlər.

Ancaq yuxarıda qeyd etdiyimiz bir xüsusiyyət, yəni Nersisyanın siyasi bağları məsələnin rəngini qarışdırır.

Nersisyan haqqında hərtərəfli, genişspektrli məlumatlar azdır, sadəcə, iddia olunan budur ki, o, nüfuzlu milyarder Corc Sorosun şəbəkəsi ilə təmasdadır.

Nikol Paşinyanın özünün də Sorosla əlaqələrinə dair iddialar az deyil, bu məqamları nəzərə alsaq, Nersisyanın Qarabağdakı “karyerası”nın perspektiv xətti şübhəli məqamları göz önündə canlandırır.

Gözlər bu nöqtəni daha çox görür ki, Vardanyan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münhendə keçirilən görüşdən sonra “vəzifə” pilləkənindən yıxıldı.

Gümanla, Qərb  Vardanyanı əvəz edən şəxs kimi Qurgeni tövsiyə edib. O mənada ki, Nersisyan Azərbaycanın şərtlərini qəbul etməyə, Bakının gündəliyi ilə hərəkət etməyə daha açıq biridir. Ancaq Cənubi Qafqazda Rusiyanın təsirləri daha geniş olduğundan sonrakı gedişat maraq doğurur.

Azərbaycan proseslərdə manipulyasiyaya yol verilməməsi üçün əlindən gələni edəcək və mümkün variantlardan biri kimi Qarabağdakı erməni icması ilə təmasları intensiv fazaya keçirəcək.

Bakı bu istiqamətdə Qərbə də şərtlərini qəbul etdirmiş kimi görünür, amma kartlar dəyişsə, ssenarilər də fərqli məcraya yönələ bilər.

Son xəbərlər

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib

Milli Məclisin sədri Serbiyaya işgüzar səfər edib

ABŞ ordusu İranın Küveytdə hərbi bazaya atdığı 2 ballistik raketi zərərsizləşdirib

Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir

Moldova rəsmisi: Azərbaycan şaxələndirilmiş qaz mənbələrinə çıxışımızda mühüm rol oynayıb

Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib

Qəbul imtahanının 2-ci cəhdində iştirak üçün qeydiyyat başlayıb

İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib

Sabah Bakıda 23, bölgələrdə 28 dərəcə isti olacaq

BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq

Emin Əmrullayev Gəncədə vətəndaşları qəbul edəcək

Şəhid övladlarının iştirakı ilə "Yol polisimizlə bir gün" adlı tədbir keçirilib

Minifutbol üzrə Avropa çempionatı: Azərbaycan millisi bu gün Qazaxıstanla qarşılaşacaq

Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib

İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

BMT-yə vaxtında ödəniş edənlər: Britaniya, Azərbaycan, Almaniya... - ADLAR

İranın XİN başçısı müsəlman ölkələrini həmrəyliyə çağırdı

KİV: İranın dəniz blokadası davam edir, gəmilər ABŞ tərəfindən dayanma xəbərdarlığı alır

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

ABŞ-ın müharibə naziri: Çin ölkəmizin təhlükəsizliyini təhdid edə bilməməlidir

KİV: İranın Küveytdəki bazaya zərbəsi nəticəsində 5 amerikalı hərbçi yaralanıb

Bütün xəbərlər