{category-title}

Rusiya-Ukrayna müharibəsində son vəziyyət


Bu gün Ukrayna-Rusiya müharibəsinin birinci ildönümüdür. On minlərlə insanın həyatına son qoyan müharibə tam sürətlə davam edərkən, Rusiyadan gözlənilməz açıqlama gəlib. 

PressXeber.info  xarici KİV-ə istinadən xəbər verir ki,  Rusiya Müdafiə Nazirliyi heç bir sübut təqdim etmədən Ukrayna qoşunlarının Dnestryanı ərazini işğal edəcəyini iddia edib.

Belə  ki,  Moskva Ukrayna əsgərlərinin Moldova ilə sərhəddə toplaşdığına diqqət çəkib. 

Moldova da son həftələrdə Rusiyanın hakimiyyəti ələ keçirməyə hazırlaşdığı barədə xəbərdarlıq edib. Hökumət rəsmiləri Kremlin iddialarını müharibənin bir hissəsi kimi həyata keçirilən “psixoloji əməliyyat” kimi qiymətləndirib.

"Müdafiə Nazirliyi hesab edir ki, bu, real plandan daha çox psixoloji əməliyyatın bir hissəsidir", - Moldovanın dövlət naziri Valeriu Mija deyib.

Moldova prezidenti Maya Sandu qonşu ölkəsi Rumıniyaya səfəri zamanı təhlükəsizlik məsələlərindən danışıb. “Bəziləri ölkəmizin yıxılmasını və paytaxt Kişinyovda Kremlin maraqlarının quluna çevrilmiş marionet hökumətin qurulmasını istəyir”, - Sandu bildirib.

Moldovanın NATO-ya üzvlüyü yoxdur. Lakin ötən ilin iyununda Ukrayna ilə eyni gündə Aİ-yə namizəd statusu qazanıb. Moldova lideri ötən həftə ölkəsinin müstəqilliyini dəstəkləməyə söz verən ABŞ prezidenti Co Baydenlə görüşüb.

2,6 milyon əhalisi olan Moldova Avropanın ən kasıb ölkələrindən biridir. Ukraynadakı müharibə də ölkəyə çox təsir edib. 

Rusiyanın ölkəyə qaz axınını məhdudlaşdırması səbəbindən enerji baxımından böyük problemlər yaşayan Kişinyov rəhbərliyi Ukraynanın enerji obyektlərinin vurulması ilə də bu baxımdan böyük problemlərlə üzləşib.

İnflyasiyanın həddindən artıq həddə çatması ilə yanaşı, Ukraynadan intensiv qaçqın axını da ölkəyə daha böyük təzyiqlər yaradıb.  Kreml Moldova rəsmilərini bəyanatlarında “çox, çox diqqətli” olmağa çağırarkən, Sandu Rusiya əks-isteriyasına sığınmaqda ittiham edib.

Dnestryanı Sovet İttifaqının dağılmasından sonra Moldova-Ukrayna sərhədində dar bir bölgədir. O vaxtdan bəri burada rus əsgərləri yerləşdirilib. Bölgədə rus dilində danışılır.

Bir il əvvəl rus qoşunları Ukraynanın cənubunu işğal edəndə Rusiyanın Odessadan Dnestryanıya qədər bütün sahilləri ələ keçirəcəyi ilə bağlı narahatlıq var idi.

Lakin bu baş vermədi. Dnestryanı bölgənin separatçı administrasiyası dövlət təhlükəsizlik qüvvələrini hədəf alan bir sıra müəmmalı partlayışlar barədə məlumat verib. Dnestryanı səlahiyyətlilər hadisələrdə Ukrayna "casuslarını" günahlandırıblar. Kiyev Rusiya xüsusi xidmət orqanlarını Moldovanı hədələməyə və regionda sabitliyi pozmağa cəhd etməkdə ittiham edib.

Bu həftənin əvvəlində separatçı sosial media kanalı Ukraynanı Moldova ilə birləşdirən magistral yolda Ukrayna hərbçilərinə məxsus avtomobillərin göründüyünü bildirib. İnandırıcı olmayan fotoda yalnız bir neçə kiçik zirehli maşın və Ukrayna bayrağı görünüb.

Dnestryanı Sülhməramlı Qüvvələrin rəhbəri Oleq Belyakov deyib ki, ictimaiyyət arasında çaxnaşma yoxdur, lakin Rusiyanın xəbərdarlıqları "ciddi narahatlıq üçün əsas verir".

Son xəbərlər

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib

Diana Ryan: Hazırda Azərbaycandan "TikTok" platforması üzrə 7 milyon istifadəçi var

"Diario La R": IV Şuşa Media Forumu - dünyanın aparıcı media hadisələrindən biridir

"Təmiz Şəhər": Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək

Sabah ölkə ərazisində 39 dərəcə isti olacaq

İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

Aİ Rusiyaya qarşı 250 bənddən ibarət rekord sanksiya siyahısını razılaşdırır

İlham Əliyev: Kolonial siyasətin tənqidi Azərbaycanın Fransa ilə ikitərəfli münasibətlərinə aidiyyatı yoxdur

Zaporojye vilayətində Rusiyanın endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb

Prezident IV Şuşa Qlobal Media Forumunun məqsədindən danışıb

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşəcək

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

İlham Əliyev Şuşada "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

Bazar günü Azərbaycanda 38 dərəcə isti olacaq

CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır

Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib

İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoyub

FHN həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciət edib

Dünya bazarlarında neft ucuzlaşıb

Axtarışda olan 83 nəfər saxlanılıb

Bütün xəbərlər