{category-title}

Gündəm / Siyasət
23.02.2023, 14:23
"Bu, öncəki illə müqayisədə 53,3 % çoxdur" - Nazir

2022-ci ildə daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 24,8 milyon manat daxil olub.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter"də yazıb.
Nazir bildirib ki, bu, öncəki illə müqayisədə 53,3 % çoxdur.
M.Cabbarov qeyd edib ki, büdcə gəlirlərinin formalaşmasında dövlət əmlakının idarəedilməsi sahəsindən daxilolmaların rolu artır.