{category-title}

Gündəm / Cəmiyyət
4.02.2023, 15:57
Xocalıda QƏZA: Şirkət maşını dərəyə aşdı

Bu gün Xocalı rayonunun Çanaqçı kəndində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, “Gədəbəy Sular” MMC-yə məxsus “Hyundai” markalı yük avtomobili yol kənarındakı dərəyə aşıb. Nəticədə sərnişin, həmin MMC-də satış müdiri işləyən Hüseyn Məmişov müxtəlif bədən xəsarətləri alıb. Yaralıya ilkin tibbi yardım göstərilib və Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.