{category-title}

Gündəm / Dünya
27.01.2023, 14:15
"Səfirliyə edilən hücumu qətiyyətlə pisləyirəm" - BMT nümayəndəsi

Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm.
Bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva "Twitter"də yazıb.
"Mülki şəxslərə və mülki obyektlərə, o cümlədən diplomatik missiyalara qarşı hücumlar beynəlxalq humanitar hüquqa əsasən qəti şəkildə qadağandır.
Mərhumun ailəsinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirəm", - nümayəndə bildirib.
