{category-title}

Tanınmış marketoloq xanımını döyüb? - Cinayət işi başlandı

Tanınmış sosial media mütəxəssisi və şirkət rəhbəri İlqar Mirzə barəsində cinayət işi başlanıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinir.

Belə ki, İlqar Mirzə bu il yanvarın 8-də həyat yoldaşını birgə yaşadıqları evdə döyüb. O, ailə münaqişəsi zəminində xanımının baş nahiyəsindən bir neçə dəfə vurmaqla, burun qanaxması və göz nahiyəsində əzilmələrə səbəb olub.

Məsələ ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində təhqiqat aparılıb. İlqar Mirzə barəsində cinayət təqibi başlanaraq toplanan materiallar baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi ilə əlaqədar məhkəmənin hazırlıq iclası 27 yanvara təyin edilib. 

Hadisə ilə bağlı mövqeyini öyrənmək üçün İlqar Mirzənin özü ilə də əlaqə saxladıq. O, "Qafqazinfo"ya açıqlamasında məsələnin həqiqətəuyğun olmadığını və bu işin sifariş olduğunu iddia edib: “Hadisəni araşdıran təhqiqatçıdan daha ətraflı məlumat əldə edə bilərsiniz”. 

Qeyd edək ki, uzun müddətdir sosial media sahəsində mütəxəssis kimi çalışan İ.Mirzə TedX, MilliNet, Xaricdə Təhsil Forumu kimi bir sıra böyük tədbirlərdə təlimçi kimi çıxış edib. O, hazırda SMM şirkətlərindən birinin rəhbəridir.

Son xəbərlər

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Media: İranın Xark adasında partlayış olub

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Şənbə günü 35 dərəcə isti olacaq

Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək

WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır

Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

Bütün xəbərlər