{category-title}

“Ermənistan tərəfi proses üzrə manipulyasiya əvəzin görüşə hazır olub-olmadığın bəyan etməlidir”
"Azərbaycanın Ermənistanın təkliflərinə hələ də cavab vermədiyinə dair fikirlər səsləndirmək və beynəlxalq ictimaiyyət arasında çaşqınlıq yaratmaq əvəzinə, Ermənistan naziri gərək sülh sazişinin hazırlanması üzrə ilk təklifin kimdən gəldiyi, baza prinsiplərinin ilk olaraq kim tərəfindən verildiyi, sülh sazişinin elementləri üzrə ilk layihəni Cenevrə görüşündə kimin təqdim etdiyi, eləcə də hər bir layihəyə Azərbaycan və Ermənistanın hansı müddət ərzində rəy bildirdiyi məsələlərinə aydınlıq gətirərdi".
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı səsləndirdiyi fikirlərlə bağlı medianın sualına cavabında bildirib.
Ayxan Hacızadə deyib ki, ötən ilin dekabr ayında, Ermənistanın sülh sazişi üzrə son təkliflərini verən kimi məhz bu təkliflərlə sənədi dərhal imzalamağa hazır olduğunu bildirməsi bu ölkənin saziş üzrə danışıqlar prosesinə ciddi yanaşmadığını nümayiş etdirib:
"Ermənistan tərəfi proses üzrə manipulyasiya əvəzinə görüşə hazır olub-olmadığını bəyan etməlidir. Bir daha vurğulamaq istərdik ki, Azərbaycan tərəfi sülh sazişi üzrə danışıqların qısa müddət ərzində keçirilməsinin tərəfdarıdır və buna hər zaman hazırdır. Bununla yanaşı, Tbilisidə Azərbaycan və Ermənistan liderləri arasında planlaşdırılan görüşə bütün səylərlə necə maneçilik törədildiyi, Azərbaycanın konstruktivlik göstərərək belə bir mümkün görüşün bəyanat layihəsinə dekabr ayının əvvəlindən təqdim etdiyi təkliflərinə Ermənistan tərəfindən hələ də cavab verilmədiyi xarici işlər naziri Mirzoyana yaxşı məlumdur".

 

Son xəbərlər

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Bütün xəbərlər