{category-title}

Fateh bəy: 20 Yanvar-Mübarizliyin, əyilməzliyin və məğrurluğun nümayişi

 

Fateh bəy - Dövlətçilik tariximiz, qürurlu və parlaq hadisələrlə zəngin olduğu kimi, çox təəssüf ki, kədərli və hüznlü hadisələrdən də xali deyil. 20 yanvar  faciəsi bunlardan biridir.  Bu hadisə və ondan əvvəlki tarixi hadisələr,  XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürüdür. Azərbaycan  torpaqları hesabına Ermənistan adlı dövlətin yaradılması, eyni zamanda mərhələlərlə, müxtəlif dövrlərdə ərazilərimizin ilhaq edilərək bu dövlətə peşkəş edilməsi, demoqrafik balansın dəyişdirilməsi məqsədi ilə  azərbaycanlıların əzəli torpaqlarından  deportasiya edilməsi nəticəsində təkcə sovet hakimiyyəti illərində ölkəmizin ərazisi 125.000 km²-dən 87.000 km²-ədək azalıb.

80-ci illərin sonlarında sovet rəhbərliyinin havadarlığı ilə başlayan və “miaçum” adlanan, Ermənistan ərazisində kompakt şəkildə yaşayan azərbaycanlıların qovulması və tarixi Azərbaycan torpağı olan  Dağlıq Qarabağın da Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi məqsədi  güdən “Dağlıq Qarabağ”  hadisələri,  artıq  səbr kasası  daşan xalqımızın  bu ədalətsizliyə  qarşı,  cinayətkar  sovet  dövləti  və onun başında duran  Qorbaçov rejiminə qarşı öz etiraz səsini  ucaltmasının təzahürü idi. Amma üzərinə öz vətəndaşlarının  haqlı  tələblərinə  ədalətli yanaşmaq, Ermənistanın təcavüzkar hərəkətlərinin qarşısını  almaq  missiyası  götürmüş  sovet  rejimi  təcavüzkarı  yerində oturtmaq  əvəzinə,  küçə və meydanlara çıxaraq dinc aksiyalar keçirən geniş  xalq  kütlələrinə  qarşı misli görünməmiş  vəhşiliyə,   qətliama  əl atdı.  Bu  faciə  nəticəsində  yüzlərlə  günahsız həmvətənimiz qətl edildi, minlərlə insanımız  yaralandı  və  ömürlük  şikəst  oldu. Amma bu hadisələr eyni  zamanda 3 böyük  həqiqəti  də  üzə  çıxardı:

1) Bu hadisələr öz torpaqlarının  növbəti dəfə hərraca çıxarılmasına  dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqın mübarizliyinin, əyilməzliyinin, məğrurluğunun  da  nümayişi  oldu.        

2) Bu hadisələr həmçinin totalitar sovet rejiminin cinayətkar mahiyyətini  bütün  dünyaya  nümayiş  etdirdi.

3) Bu hadisələr xalqımıza o günlərdə meydanda həqiqi liderin olma-masının mahiyyətini də dərk etdirdi.

O dəhşətli günlərdə Heydər Əliyev kimi qüdrətli bir liderin respublikada olmaması bir həqiqət kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də  Azər¬baycanın Moskvadakı daimi nümayən¬dəliyinə gəldi, təcavüzə kəs¬kin etirazını bildirdi, faciəni törədən¬ləri, şəxsən M.Qorbaçovu kəskin it¬tiham etdi, qoşunların Bakıdan çıxarıl¬masını tələb etdi.

Heydər Əliyevin 1990-cı il yanvarın 21-də imperiyanın mərkəzində, Mos¬kvadakı bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra bu məsələni yenidən gündəmə gətirdi, 20 Yanvar hadisələrini lazımınca qiymət¬lən-dirmək yolunda ciddi addımlar atdı. 1994-cü ilin mart ayında bu faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. 20 yanvar  şəhidlərinin ailələrinin, bu  hadisələrdə sağlamlığını itirən insanların  dövlət qayğısı ilə əhatə edilməsi barədə  qərarlar qəbul edildi. Həlak olmuş Azərbaycan vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adları verildi.

Heydər Əliyevin siyasətini davam etdirən  Prezident İlham Əliyev tərəfindən 2006-cı ildə 20 Yan¬var şəhidlərinin ailələri üçün xüsusi  Prezident  təqaüdü  təsis  edildi.

Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazmış, xalqın milli azadlığı, ölkənin müstəqilliyi üçün yol açmış  və canlarından keçərək şəhidlik zirvəsinə ucalmış insanlardır.  Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir məkan var – “Şəhidlər Xiyabanı”. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir.

Nəsillər dəyişəcək, lakin vətən övladlarının xatirəsi ürəklərdə həmişə yaşayacaq. Xalqımız bu insanları, eləcə də canlarını vətənimizin ərazi bütövlüyü uğrunda, işğal edilmiş torpaqlarımızın azad edilməsi naminə fəda etmiş digər şəhidlərimizi unutmayacaq, onların həmişə əziz ruhunu minnətlə yad edəcək.

Son xəbərlər

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Ermənistanın hücumları nəticəsində Laçında yaralanmış şəxs: İşğal zamanı qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb

Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

İran və Avropa üçlüyü XİN başçıları telefon danışığı aparacaq

İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü olub

Azərbaycan neftinin qiyməti 69 dolları keçib

Bütün xəbərlər