{category-title}

Həbsdə olan general müavini ilə əlbəyaxa olub?
Həbsdə olan MTN generalı Mövlam Şıxəliyevin onunla birlikdə tutulan müavini, MTN polkovniki Yasin Məmmədovla dava etməsinə, bir-birlərinə xəsarət yetirmələrinə dair iddialar yayılıb.
İddialarda onların məhkəməyə gətirilən zaman dalaşdığı qeyd olunub. Onların dünən keçirilməli olan məhkəmə prosesi yollardakı vəziyyətlə əlaqədar təxirə salınıb. Bildirilib ki, Bakı İstintaq Təcridxanasından müttəhimlərin məhkəməyə gətirilməsi mümkün olmayıb. Zərərçəkənlər isə sabiq MTN-çilərin məhkəməyə gətirildiyini, lakin etap maşınında dalaşdıqları üçün prosesin təxirə salındığını iddia ediblər. İddialara görə, onlar əlbəyaxa olub, bir-birilərinin sifət nahiyələrinə xəsarət yetiriblər. Sifətlərində xəsarət izləri qaldığı üçün məhkəməyə çıxarılmayıblar.
İddialarla bağlı Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifovla əlaqə saxladıq. Vəkil “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, iddialar tamamilə yalandır. O, müttəhimlərin ümumiyyətlə təcridxanadan çıxarılmadığını qeyd edib: “Bu, Mövlam Şıxəliyev haqqında növbəti yalan məlumatdır. Belə bir hadisə yaşanmayıb. Onlar dünən, ümumiyyətlə, təcridxanadan çıxmayıblar. Mövlam Şıxəliyev və Yasin Məmmədov günahsız olduqlarını sübuta yetirmək üçün aydın və vahid müdafiələrini qurublar. Onlara qarşı edilən haqsızlıqla hüquqi müstəvidə mübarizə aparırlar. Düşünürəm ki, bu cür iddialar cəmiyyətin fikrini hadisənin əsas mahiyyətindən yayındırmaq məqsədi daşıyır”.
Qeyd edək ki, M.Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunub. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə M.Şıxəliyev 12 il, Y.Məmmədov 10 il 6 ay, V.Ələkbərov 12 il 6 ay, S.Ələkbərov 8 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan MTN-çilər apellyasiya şikayəti veriblər.

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər