{category-title}

Tanınmış vəkilin qadınlarla bağlı fikri tənqid olundu


Vəkillər Kollegiyasının üzvü, tanınmış hüquqşünas Əkrəm Həsənovun Azərbaycan ailələri ilə bağlı paylaşımı müzakirələrə səbəb olub.

Bu barədə paylaşım edən vəkil bildirib ki, ailədə kişinin sözü həlledici olmalıdır:

"Gənc bir ailə yeni doğulan uşağa ad qoymaq üstündə mübahisə edib. Belə ki, ata uşağa öz anasının adını vermək istəyib. Bununla razılaşmayan qadın evi tərk edib. Ailə Məcəlləsinin 53.4-cü maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı  yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll olunur. Təbii, o da həll edə bilməsə, işə məhkəmə baxacaq. Mənə həmişə maraqlı idi ki, belə işlərə baxan dövlət orqanı məsələni necə həll edəcək. Axı hansı meyarı rəhbər tutub, ad qoyacaq? Kimin sözü onun üçün daha keçərli olacaq? Dədə Qorqud deyil ki, istədiyi adı qoyub tərəfləri razı salsın!

Əslində, bu problem bir daha göstərir ki, ailədə heç vaxt bərabərlik ola bilməz. Bir nəfərin sözü həlledici olmalıdır. Təbii ki, ərin! Bu, o demək deyil ki, müzakirə olmamalıdır. Olmalıdır. Amma son söz ərdə olmalıdır. İndi görün, nə günə qalmışıq ki, kişi uşağının adını belə qoya bilmir. Kimdir günahkar? Günahkar kişilərdir. Çünki cılızlaşaraq ailədə iqtidarı əldən verə-verə gedirlər. Başa düşmürlər ki, qadının nə deməsi əhəmiyyətli deyil. Qadın əmələ qiymət verir. Əməldə isə kişi qətiyyətli və sözübütöv olmalıdır. Qadın, onun sözü ilə oturub duran kişidən əvvəl-axır soyuyur. Kişinin var-dövləti də kar etmir. Nəticədə onun yerini hətta adını da yaza bilməyən hansısa enlikürək idman təlimçisi asanlıqla tutur”.

Vəkilin paylaşımı ilə bağlı fikir ayrılıqları yaranıb. Əksər kişi istifadəçilər onun fikirləri ilə razı olduqlarını bildirsələr də, hüquq müdafiəçisi kimi onun paylaşımı rəzalət adlandıranlar da olub.

“Qafqazinfo”

Son xəbərlər

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir

İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO

Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik

Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək

Türkiyədə bələdiyyə sədri saxlanılıb

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

Putin İlham Əliyevi təbrik etdi

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...

Metronun hərəkət qrafiki dəyişdirilir

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

QMİ Qurban bayramı ilə bağlı fətva verib

Xəzər dənizində zəlzələ olub

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

Bütün xəbərlər