{category-title}

Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi - VİDEO


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu quruculuğu üzrə şəxsi heyətin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində inamlı islahatlar həyata keçirilir, ordunun maddi-texniki təminatı daha da  gücləndirilir, müasir standartlara cavab verən hərbi infrastruktur qurulur.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər rayonu ərazisində yeni istifadəyə verilən hərbi infrastruktura baxış keçirib.

Bildirilib ki, Hərbi Polisin tabeliyindəki bölmənin yeni istifadəyə verilmiş yerləşmə məntəqəsi Müdafiə Nazirliyinin inşaat taborunun güc və vasitələri ilə müasir tələblər nəzərə alınmaqla inşa olunub.

Yerləşmə məntəqəsindəki qərargah, inzibati və xidməti iş otaqları mərkəzləşdirilmiş istilik sistemi, lazımi mebel və avadanlıqla təmin edilib, işıq, su və kommunikasiya xətləri çəkilib. Ətrafda abadlıq işləri aparılıb.

Burada silah otağı, yataqxana, yeməkxana, hamam-sanitar qovşağı, isitmə sobaları, eləcə də avtomobil texnikasının saxlanması üçün park mövcuddur.

Sonra şəxsi heyətlə görüşən general-leytenant N.Osmanov onların qayğıları ilə maraqlanıb, hərbi qulluqçuları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə general-polkovnik Zakir Həsənovun adından təbrik edərək xidmətlərində uğurlar arzulayıb və bayram hədiyyələri təqdim edib.

Daha sonra müdafiə nazirinin müavinləri - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev Kəlbəcər rayonu ərazisində yeni istifadəyə verilən birləşmiş anbarlarda olublar.

Məruzə edilib ki, yeni inşa edilən birləşmiş anbarlar vasitəsilə Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları ərazilərində dislokasiya olunan bütün bölmələrinin təminat və təchizatı fasiləsiz həyata keçiriləcək.

Burada mövcud olan qərargah binası, yataqxana, inzibati və xidməti otaqlar bütün zəruri avadanlıqlarla tam təchiz edilib. Fasiləsiz elektrik enerjisinin təminatı üçün generatorlar quraşdırılıb. Ərazidə abadlıq işləri aparılıb, ağaclar əkilib.

Birləşmiş anbarlarda mərkəzləşdirilmiş istilik sisteminin təmin edilməsi məqsədilə qazanxana kompleksi, hərbi hissələrə təminat daşınmasında istifadə edilən yük avtomobillərinin, eləcə də yanğınsöndürmə avtomobillərinin saxlanması üçün park mövcuddur.

Həmçinin ərazidə qonaq evi də inşa edilib ki, buradakı istirahət otaqları da müasir tələblərə cavab verən bütün növ mebel və avadanlıqla təmin olunub.

Sonda hərbi qulluqçuların maddi-texniki təminatının və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində müdafiə nazirinin müvafiq tapşırıqları aidiyyəti şəxslərə çatdırılıb.


Son xəbərlər

Slovakiyalı nazir: Bakı və Bratislava müdafiə sahəsində mümkün əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər

Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırıldı

Paşinyan istefa verməyə hazırlaşmır

Bu vərdişləri tərgidin, yoxsa...

Bakıda hoteldə 4 nəfər zəhərləndi - 2-si öldü

“Qərb istəyinə çatsa, növbəti Gürcüstan-Rusiya müharibəsi başlayacaq” – SENSASİON PROQNOZ

Milli Məclis Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanunu qəbul edib

Meyxanaçı ilə aparıcının toyudur

Tərtər məktəbliləri arasında dava - 1 nəfər öldü

Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək

Gənc nəsil üçün yeni imkanlar açılır - Emin Əmrullayev

Bayden və II Abdullah Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb

Azərbaycan və Slovakiya strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayacaq

Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - Foto

ACF-nin idman direktoru: Hazırkı yeniyetmə cüdoçuların itib-batmasını istəmirik

Ağdərədə sümük fraqmentləri aşkarlanıb

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Laos Prezidenti Rusiyaya səfər edəcək

Azərbaycan Premyer Liqasında XXXIII tura bu gün yekun vurulacaq

Rusiya Volodimir Zelenskini axtarışa verib

Bütün xəbərlər