{category-title}

Parlamentin növbəti iclasının gündəliyi açıqlanıb


Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb.

Ayın 23-də keçiriləcək iclasın gündəliyinə 37 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında.

2. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında.

4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

5. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında.

6. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında.

7. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında.

8. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

9. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

10. Azərbaycan Respublikasının “Banklar haqqında”, “Poçt haqqında”, “Fərdi məlumatlar haqqında” qanunlarında və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

11. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

17. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

18. “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923−2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

19. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

20. “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

21. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

24. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

25. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

26. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

27. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

28. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

29. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

30. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

31. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

33. “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

34. Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

35. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

36. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

37. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Son xəbərlər

DTX tərəfindən saxlanılan Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib

Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib

Emin Əmrullayev: Uşaqların 50%-i sosial mediadan informasiya əldə edir

Sosial şəbəkədə yaş qadağasının yoxlanılması qaydası açıqlanıb

Azərbaycan və Yaponiya energetika sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Azərbaycanın şito-ryu karate yığması Avropa çempionatında 8 medal qazanıb

Fransanın ikiüzlü siyasəti - Başqasına azadlıq dərsi keçən Parisin kolonializm ambisiyaları - ŞƏRH

İranda 20 min nəfər susuz qalıb

Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində vahid buraxılış imtahanlarına start verilib

Taleh Rəhimli qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, ölənlər və yaralananlar var

Dövlət qurumları üçün xidməti parklanma yerlərinin siyahısı və ünvanları təsdiqlənib

Xəzər dənizində zəlzələ olub

BİZİM TƏQVİM:10 iyunda baş vermiş tarixi hadisələr

Milli Məclisdə kənd təsərrüfatı ilə bağlı dinləmə keçiriləcək

Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək

XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib - BƏYANAT

Kobaxidze: Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var

Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq

NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin "Apache" zərbə helikopteri qəzaya uğrayıb

Hacıqabuldakı yanğın söndürülüb

İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub

Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər