{category-title}

Quba yolundakı dəhşətli qəzada ölənlərin adları - Siyahı + Yenilənib


Bu gün Bakı-Quba yolunda baş vermiş dəhşətli yol qəzasında vəfat edənlər dəmiryolu xəttinin çəkilməsində iştirak edən podratçı şirkətin əməkdaşları olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dəmiryolçular səhər işə gedərkən qeydə alınıb. Hazırda onların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır. İlkin baxış zamanı vəfat edən iki nəfərin: Kamran və Nəsimi adlı şəxslərin kimliyi müəyyən edilib.

Hadisədən sonra vəfat edənlərin meyitləri Sumqayıt Şəhər Xəstəxanasının morquna gətirilib.

Qeyd edək ki, dəhşətli qəza hazırda təmir işləri gedən yolun 98-ci km-də, Siyəzən rayonu ərazisində  baş verib. "Mersedes Vito" markalı mikroavtobus TIR-la toqquşub. Nəticədə mikroavtobusdakı 6 nəfərin hamısı vəfat edib, TIR sürücüsü isə xəsarət alıb.

15:32

Bu gün Bakı-Quba yolunda baş vermiş dəhşətli qəzada ölən 6 nəfərdən 5-nin şəxsiyyəti müəyyən edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ölən şəxslər bunlardır.

1. 1976-cı il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu

2. 1982-ci il təvəllüdlü Əhmədov Elməddin Osman oğlu

3. 1980-ci il təvəllüdlü Musayev Vüqar Tərxan oğlu

4. 1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu

5. 1977-ci il təvəllüdlü Qubadbəyli Nəsimi Əlimuxtar oğlu (sürücü)

Hadisə zamanı dünyasını dəyişən daha bir nəfərin isə kimliyini müəyyən etmək mümkün olmayıb.

Son xəbərlər

Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb

Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq

Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB

Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Küləkli havada 4 nəfər xəsarət alıb

Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir

Hacıqabulda avtomobil aşıb, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq

Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib

Kanaldan meyit tapıldı

“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub

Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib

Bütün xəbərlər