{category-title}

Partiyalarla bağlı yeni qanunda ziddiyyət: - “50 nəfər 5 min üzvü necə toplayacaq?”


Milli Məclisin dünən keçirilən iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Layihəyə əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır. Siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilər. Yeni qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir.

Müzakirələr zamanı deputatlar qanunla bağlı təkliflərini səsləndiriblər. Millət vəkili Vüqar Bayramov deyib ki, yeni qanunun qəbulu islahatların inkluzivliyini genişləndirilməsinə və siyasi sferada əməkdaşlıq platformasının inkişafına xidmət edəcək.

Deputat xatırladıb ki, plenar iclasadək layihəyə 70 düzəliş edilib: “Bu, demokratik müzakirə mühitindən xəbər verir. Hesab edirəm ki, qanun layihəsinin təkmilləşdirilməsi üçün bir sıra məsələlər həllini tapmalıdır. Məncə, partiayalar sadəcə mənfəət vergisindən deyil, eləcə də ƏDV-dən azad olunmalıdırlar”.

“Eyni zamanda, seçkilərdə etibarlı səs qazanmış, ancaq Milli Məclisdə təmsil oluna bilməyən partiyalar arasında bölüşdürələcək vəsaitin artırılması lazımdır. 2.5 faizlik yardım hissəsinin artırılması siyasi partiyaların seçkilərdə iştirakını təşviq edə bilər. Bu baxımdan həmin rəqəmə baxılıb artırılması məqsədəuyğun olardı”, - deputat əlavə edib.

Deputat Naqif Həmzəyevin sözlərinə görə, qanun layihəsindən bəlli olur ki, 50 nəfər tərəfindən siyasi partiya təsis edilir: “Başqa bir maddədə göstərir ki, siyasi partiya qeydiyyata alınana qədər siyasi fəaliyyətlə məşğul olmaq qadağandır. Bu zaman 50 nəfər 5 min üzvü necə toplayacaq? Məncə, bu məsələdə yumşalma olsa, ağzıgöyçəklərin də deməyə heç bir sözü qalmayacaq”.

Deputat Cavid Osmanov təsisçilərin 20 ilə qədər Azərbaycanda yaşaması şərtinin layihəyə yenidən daxil edilməsini təklif edib: “Hansısa formada bu məsələyə baxılmasını xahiş edirəm”.

Demokratik Maarifçilik Partiyasının rəhbəri, deputat Elşən Musayev isə deyib ki, siyasi partiyaların üzvlərinin qeydiyyata alınması vacibdir. Millət vəkili Milli Şurasının funksioneri barədə ironik ifadə də işlədib: “Belə olmasa, bir də görəcəyik ki, Gültəkin Hacıbəyli yenə Yeni Azərbaycan Partiyasının (YAP) mitinqində çıxış eləmək istəyir. Düşünürəm ki, partiyalara üzv olan şəxslərin qeydiyyatı mütləqdir”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev isə qeyd edib ki, partiya üzvlərinin fərdi identifikasiya məlumatları gizli saxlanılmalıdır: “Hər kəs bilir ki, bu informasiya gizlidir. Bu da partiya üzvləri arasında narazılıqlara səbəb olur. Ona görə də partiya üzvlərinin adı, soyadı və şəxsiyyət vəsiqəsinin nömrəsini yazmaq kifayət edir. Qalan məlumatları şəxsdən almaq qanunla qadağandır”.

Müzakirələrdən sonra qanun layihəsini ikinci oxunuşda qəbul edilib.

Müəllif: Ayna.az

Son xəbərlər

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Bütün xəbərlər