{category-title}
Gündəm / Cəmiyyət
6.12.2022, 11:59
"Teatr direktorları özlərinə bir respublika yaradıb" - Aqil Abbas
"Son zaman teatrlarda yaşlı aktyorlar məcburi şəkildə pensiyaya göndərilir. Sənətkarın yaşın olmur".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
O bildirib ki, teatr direktorları özlərinə bir respublika yaradıblar:
"Mədəniyyət Nazirliyi buna bir əncam çəkməlidir. Aktyorun qədrini bilərlər. Teatrları veriblər direktorların əllərinə, onlar da istədikləri kimi istifadə edirlər".