{category-title}

“Nazirliyin Kukla Teatrında “oğru” axtarması mənə çox təsir etdi”


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Hüseyn Cavidin “Şeyx Sənan” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunub.

İlk dəfə 25 il əvvəl səhnəyə qoyulmuş “Şeyx Sənan”ı izləməyə gələnlər arasında tamaşanın rejissoru Xalq artisti Cənnət Səlimova da var idi.

Tamaşadan sonra saytımıza açıqlama verən sənətkar bildirib ki, “Şeyx Sənan” onun ən sevdiyi tamaşalardan biridir: “Bu mənim üçün çox doğma tamaşadır. Mənim üçün Hüseyn Cavidin adı müqəddəsdir. Onun əsas ideyası bugünkü gün də aktualdır. O deyir ki, məhəbbətdən yüksək heç nə yoxdur. Ona görə mənim üçün bu, çox müasir əsərdir. Biz onu repertuatımızda daim saxlayırıq. Baş rol ifaçısı Əməkdar artist Şövqi Hüseynovun indi 50 yaşı var. Bu tamaşanı oynamağa başlayanda isə 25 yaşı var idi”.

C.Səlimova yaxın vaxtlarda yeni tamaşanın rejissorluğunu edəcəyini deyib: “Yeni tamaşa Molyerin 400 illiyi münasibətilə “Skapenin kələkləri”dir. Hazırda bütün teatr baş rejissor Mehriban Ələkbərzadənin tamaşasına hazırlaşır. O, təqdim olunandan sonra mənim tamaşamın hazırlaqlarına başlanılacaq”.  

Xalq artisti Mədəniyyət Nazirliyinin Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlama aparmasına da münasibət bildirib: “Böyük biabırçılıq və utancdır. Mədəniyyət Nazirliyinin Kukla Teatrında “oğru” axtarması mənə çox təsir etdi. Belə şey olar? Teatr ən təmənnasız şeydir. Aktyorlar kasıbdırlar, amma səhnəni sevirlər. Bu mənə çox pis təsir edir”.

O, fəaliyyətini davam etdirmək istədiyini əlavə edib: “İnanıram ki, hər şey yaxşı olacaq. İstəyirəm ki, işləyim, işləyim və işləyim... Böyük yaşım və təcrübəmə baxmayaraq, yenə işləmək istəyirəm”.

Qeyd edək ki, noyabrın 21-dən Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlama aparır. İddia olunur ki, teatrın rejissoru Səidə Haqverdiyevanın Mədəniyyət Nazirliyini tənqid etməsindən sonra teatra qarşı təzyiqlər başlayıb və yoxlamalar da bununla bağlıdır. Nazirliyin mətbuat katibi Nuridə Allahyarova isə bildirib ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən teatrlarda yol verilən pozuntu hallarına dair  nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb.
“Nazirliyin Kukla Teatrında “oğru” axtarması mənə çox təsir etdi”
“Nazirliyin Kukla Teatrında “oğru” axtarması mənə çox təsir etdi”

Son xəbərlər

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir

İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO

Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik

Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək

Türkiyədə bələdiyyə sədri saxlanılıb

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

Putin İlham Əliyevi təbrik etdi

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...

Metronun hərəkət qrafiki dəyişdirilir

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

QMİ Qurban bayramı ilə bağlı fətva verib

Xəzər dənizində zəlzələ olub

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

Bütün xəbərlər