{category-title}

Uğurlarımızın hüquqi təminatçısı Azərbaycanın ilk demokratik Konstitusiyasıdır.

Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
.

Dovlət quruculuğunda gələcək inkişafa, sabitliyə və beynəlxalq nüfuza nail olmaq üçün mütərəqqi və ədalətli qanunvericilik sisteminin olması və ölkənin konistitusiya quruluşu əsas şərtdir.

Azərbaycanın müstəqil dövlətçilik tarixinin şanlı səhifəsinin açıldığı 1918-ci il mayın 28-də gənc Cümhuriyyət üçün böyük tarixi əhəmiyyət kəsb edən və ilk konstitusiya aktı sayılacaq İstiqlal Bəyannaməsi qəbul edilmişdir. Sovet işğalından sonra Azərbaycanda bir neçə dəfə sovet rejiminə uyğunlaşdırılmış konstitusiyalar qəbul edilmişdir. Lakin bu konstitusiyalar ittifaq konstitusiyasından köçürmə idi. Yalnız 1978-ci il konstitusiyası mahiyyətcə əvvəlkilərdən fərqlənməsə də, həmin sənəd, Azərbaycan dilində yazılması və Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi kimi tarixi əhəmiyyətə malik idi. Bu, həmin vaxtlar respublikaya rəhbərlik edən Ulu Öndərimiz Heydər Əliyevin əzmkarlığının və siyasi uzaqgörənliyinin nəticəsi idi.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra miras qalmış Konstitusiya, hüquqi dövlət və demokratik cəmiyyət quruculuğunun tələblərinə cavab vermirdi. Ölkəmizin müstəqil və demokratik inkişaf modelini formalaşdıracaq mükəmməl və beynəlxalq dəyərlərə söykənən qanunvericilik toplusunun yaradılmasına böyük ehtiyac var idi.

Müstəqillik əldə edildikdən sonra Azərbaycanda yaranan hakimiyyətsizlik, özbaşınalıq bütün sahələrdə olduğu kimi, qanunvericilik islahatlarını da arxa plana keçirmişdi. Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı qanunvericilik sahəsində boşluqların aradan qaldırılmasını sürətləndirdi. Konstitusiya layihəsinin hazırlanması üçün Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yaradılan Komissiyanın tərkibinə qanunvericilik, icra və hüquq mühafizə orqanlarının nümayəndələri, tanınmış ictimai-siyasi və elm xadimləri, görkəmli hüquqşünaslar, tarixçilər və filosoflar daxil edilmişdi.

Ümummilli Lider Heydər Əliyev komissiyanın ilk iclasında çıxış edərək müstəqil Azərbaycanın yeni konstitusiyasının hazırlanmasının əsas istiqamətləri barədə ətraflı məlumat vermişdi. Ulu Öndər yeni konstitusiyanın ümumi prinsipləri haqqında bildirirdi ki, “Tarixi keçmişə nəzər salmaqla yanaşı, ümumbəşər dəyərlərdən, dünyanın demokratik dövlətlərinin nailiyyətlərindən bəhrələnməliyik. Konstitusiya dövlətlə, hakimiyyətlə, xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü xalqın iradəsinə söykənməlidir”.

Komissiya qısa müddətdə inkişaf etmiş demokratik ölkələrin təcrübəsini öyrənərək, layihə hazırlayıb ictimai müzakirəyə təqdim etdi. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul olundu. Məhz ümumxalq səsverməsi vasitəsi ilə qəbul edilməsi, Yeni Konstitusiyanın ən demokratik olduğunu, əhalinin bütün təbəqələrinin mənafeyini təmsil etdiyini sübut edir.

Dövlətçiliyimizin, müstəqilliyimizin və bütün uğurlarımızın hüquqi təminatçısı Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycanın ilk demokratik Konstitusiyasıdır.

 

 

Son xəbərlər

Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq

Bakıda Azərbaycan-Ukrayna IT forumu keçiriləcək

Təhsil krediti alan tələbələrin əhatə dairəsi genişləndirilib

Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir"

Əli Əsədov: İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər Vaşinqtonda ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi

Salem Əl-Ketbi: Əliyev və Paşinyan Cənubi Qafqazda xəritələri və marşrutları yenidən formalaşdıra biləcək saziş imzalayıblar

Sabah yağış yağacaq - PROQNOZ

Bu il internat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Bütün xəbərlər