{category-title}

Bakıda kitabxana niyə bu vəziyyətə düşüb? - Fotolar


Bakının Xəzər rayonu, M. Əzizbəyov adına Buzovna kitabxanasının acınacaqlı vəziyyətdə olması ilə bağlı məlumat və fotoşəkillər yayılıb. 

Bu barədə Nigar Köçərli sosial şəbəkə hesabında paylaşım edib. 

O qeyd edib ki, 95 illik tarixi olan bu unikal kitabxana 10 il əvvəl təmir olunsa da, kitabxanada istilik yoxdur: “Bina da, kitablar da çürüyür. Şəkilləri mənə bizim dəyərli müştərimiz göndərib. Kitabxanaya yeni aldığı kitabları ianə etmək istəyib, lakin belə dəhşətıi mənzərə ilə rastlaşıb”.

Problemlə bağlı M. Əzizbəyov adına Buzovna kitabxanasının müdiri Ülviyyə Xudaverdiyeva ilə əlaqə saxladıq. O, kitabxanada artıq neçə ildir istilik olmadığını təsdiqlədi. Bildirdi ki, bu səbəbdən kitablar nəmlənir. Ü.Xudaverdiyeva əlavə edib ki, artıq Bakı şəhər Mədəniyyət Baş İdarəsində problemdən xəbərdardırlar: “Kitabxananın binası 2006-cı ildə təmir olunub. O vaxtdan istilik yoxdur, bir otağa yığışıb otururuq. Artıq gəlib baxıblar, siyahıya salınıb. Bildirilib ki, bu yaxınlarda təmir olunacaq. Hələ ki, təmir üçün kifayət qədər vəsait yoxdur”.
Bakıda kitabxana niyə bu vəziyyətə düşüb? - Fotolar

Bir neçə il əvvəl təmir olunan binanın döşəməsinin çürüməsinə gəlincə isə, kitabxana müdiri qeyd edib ki, kitabxana binasının 95 yaşı var. Köhnə döşəmənin üzərinə yeni laminat vurulsa da, nəmişlik döşəməni çürüdüb: “Həmçinin kitab rəfləri də döşəməyə ağırlıq saldığından döşəmə çöküb. Kitablar elə də yararsız hala düşməyib, ələ götürəndə nəm iyi hiss olunur. Pəncərələri açırıq ki, nəm iyi dağılsın”.

Məsələ ilə əlaqədar Bakı şəhər Mədəniyyət Baş İdarəsinə də müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, artıq kitabxana ilə bağlı tender elan olunub: “Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi əvvəlcədən məlumatlıdır. Bakı şəhər Mədəniyyət Baş İdarəsi bununla bağlı qüsur aktı tərtib edib və tender elan olunub. Proses yekunlaşdıqdan sonra müəssisədə təmir bərpa işlərinə başlanılacaq”.

Qeyd edək ki, 2011-ci ildən Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı filialı kimi fəaliyyət göstərən kitabxana 1926-ci ildə inşa olunub. Binanın ümumi sahəsi 400 kv. metrdir. 2007-ci ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə təmir olunub.

“Qafqazinfo” 
Bakıda kitabxana niyə bu vəziyyətə düşüb? - Fotolar


 



Son xəbərlər

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Ermənistanın hücumları nəticəsində Laçında yaralanmış şəxs: İşğal zamanı qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb

Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Bütün xəbərlər