{category-title}

 

Mehman Soltanov: Gözün aydın ulu öndər!

 

Mehman Soltanov
Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini 

 

Artıq 2 ildir ki Azərbaycan xalqı 30 illik həsrətə son qoydu. Müzəffər ordumuzun və müzəffər Ali Baş Komandanımızın sayəsində , Şəhidlərimizin qanı ,canı bahasına da olsa 2 ildir ki 8 noyabrı zəfər günü kimi qeyd edirik. Bu gün Azərbaycan xalqı üçün bayramların ən gözəlidir. 30 il bu millət bu günü gözlədi və 27 sentyabr 2020 ci ildə başlayan vətən müharibəsi zamanı Ali Baş Komandanın xalqına bir səslənişi ilə bütün Azərbaycan xalqı torpaqları üçün döyüşən əsgər olmağa hazır oldu. Ali Baş Komandanın ətrafında birləşərək bu xalq möhtəşəm birlik nümayiş etdirdi, sözün əsil mənasında dəmir yumruğa çevrilərək düşmənin başını əzdi. İlk döyüşlər Füzulidə başladı və Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada bitdi. 28 il sonra biz öz Qarabağımıza qovuşduq. Bu illər ərzində bir gün olsun yaddaşımızdan silinməyən ,hər gün içimizi didib parçalayan bu həsrətlə yaşadıq. Hər dəfə Şuşanın adı çəkiləndə öldük -dirildik, bir gözümüz gülürdü ,bir gözümüz ağlayırdı.Hər dəfə Ulu Öndər öz çıxışlarında "Biz Şuşasız yaşaya bilmərik" dedikcə qəlbimiz parçalanırdı. Nəhayət ki 28 ildən sonra Şuşa işğaldan azad edildi. Sevinc göz yaşları selə döndü , bütün türk dünyası Azərbaycan xalqının sevincinə qoşuldu. Bizim bu hak yolumuzda öz mənəvi dəstəyini əsirgəməyən ,canımız bir , qanımız bir millətimiz olan türk xalqına öz minnətdərlığımızı bildiririk.
44 gün ərzində bütün dünya Azərbaycan xalqının qəhrəmanlığına şahid oldu. Ona da şahid oldu ki, biz işğalçı dövlət deyilik, sadəcə öz torpaqlarımızı işğaldan azad etdik. Heç kimin torpağında gözümüz olmadı. Ölkəmizdə yaşayan başqa millətin nümayəndələrinə də çox hörmətlə yanaşmışıq.
Bu torpaqların alınmasında Azərbaycanın bütün bölgələrindən mərd oğullarımız könüllü olaraq səfərbər oldular. Vətənin müdafiəsinə qalxdılar və canları ,qanları bahasına üç rəngli bayrağımızı Qarabağ torpağında dalğalandırdılar. Analar öz övladlarını 30 ildir gözlədiyimiz gün bu gündür deyib cəbhəyə yola saldılar. Xalq orduyla birləşib düşməni torpaqlarımızdan iti qovan kimi qovdu. Bu qələbə bizə 3 minə yaxın şəhidimizin qanı bahasına qismət oldu. Mənim üçün Qarabağ torpaqları artıq Azərbaycanın Məkkəsi sayılır. Hər daşında, torpağında mərd oğullarımızın qanı var. Ona görə də Qarabağ həm and yerimiz, həm qürur yerimiz, həmdə müqəddəs torpaqlarımızdır. 44 günlük müharibədə bizim ölənlərimiz olmadı, qəhrəmancasına döyüşərək adlarını tarixə yazan mərd Şəhidlərimiz oldu. Bu millət onlara bir ömür borcludu.
Bu gün dövlətimiz və dövlət başçımız şəhid ailələrinə və qazilərə xüsusi diqqət ayırır, onları hər zaman öz nəzərində saxlayır.
Ulu Öndər Hər dəfə Qarabağdan danışarkən qeyd edirdi ki "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan ola bilməz". Əslində bu bütün dünyaya bir mesaj idi. Gözün aydın olsun Ulu Öndər , artıq Şuşamızda, Qarabağımızda azaddır. Azərbaycanımız bütövləşdi. Ruhun şad olsun.

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər