{category-title}

Deputatlar Türkiyədə zəfər bayramında - FOTOLAR


Milli Məclisin deputatları – parlamentin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri Ağalar Vəliyev və Anar Məmmədov 8 noyabr – Zəfər Günü münasibətilə ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Türkiyənin Ankara və İstanbul şəhərlərində keçirilən silsilə tədbirlərdə iştirak edib, 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsini yad ediblər.

Deputatlar Azərbaycanın Türkiyədəki səfirliyi və diplomatik nümayəndəliyimizin nəzdində Silahlı Qüvvələrin Hərbi Attaşelik Aparatı 8 Noyabr – Zəfər Günü münasibətilə Ankarada rəsmi qəbulda iştirak ediblər. Quru Qoşunlar Məktəbində keçirilən mərasimdə şəhid ailələri və qazilər, rəsmi şəxslər, millət vəkilləri, Türkiyə Silahlı Qüvvələrinin ali vəzifəli şəxsləri, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, qardaş ölkə ictimaiyyətinin görkəmli nümayəndələri iştirak ediblər. Tədbirdə Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, millət vəkili Əhliman Əmiraslanov çıxış ediblər. Daha sonra Zəfər Günü münasibətilə İstanbul Dəniz Muzeyində “Qarabağ Azərbaycandır!” mövzusunda beynəlxalq uşaq rəsm sərgisində iştirak edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov şanlı Zəfərimiz və belə tarixi günə həsr olunmuş uşaq rəsm sərgisinin açılmasının əhəmiyyətindən danışıb. Daha sonra ölkəmizin İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, eləcə də 44 günlük Vətən müharibəsi dövründə qardaş Türkiyənin ölkəmizə dəstəyi haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Onu da qeyd edək ki, Türkiyəyə səfər çərçivəsində deputatlar Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımı ziyarət edib, onların səhhəti ilə maraqlanıb, Zəfər günündə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbənin yüksək nəticələrindən danışaraq əminliklə qeyd ediblər ki, böyük Qarabağ Zəfəri əbədiyyətə qədər xalqlarımızın iftixar qaynağı kimi qorunacaq.
Deputatlar Türkiyədə zəfər bayramında - FOTOLARDeputatlar Türkiyədə zəfər bayramında - FOTOLARDeputatlar Türkiyədə zəfər bayramında - FOTOLARDeputatlar Türkiyədə zəfər bayramında - FOTOLAR

Son xəbərlər

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Ermənistanın hücumları nəticəsində Laçında yaralanmış şəxs: İşğal zamanı qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb

Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Bütün xəbərlər