{category-title}

Rusiyanın qərarı taxılın qiymətini bahalaşdıracaq? - AÇIQLAMA
"BMT və qardaş Türkiyənin vasitəçiliyi ilə Rusiya-Ukrayna arasında bağlanmış "taxıl sazişi" Ukrayna taxılının dünya bazarına çıxarılmasını əsaslı şəkildə təmin etdi. Ötən müddətdə Ukrayna anbarlarında olan taxıl dünya bazarına ixrac edildi".
Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, sazişdən sonra taxılın dünya bazarındakı qiymətinin azalması müşahidə olundu:
"Hələlik dünya bazarında taxıla olan tələbin ödənilməsində ciddi problem yoxdur. Rusiya-Ukrayna müharibəsi başlanan zaman belə bir çətinliklər müşahidə olunurdu. Həmçinin, müharibə taxılın qiymətinə təsir göstərdi.  Həmin zaman taxıl ixracatını qadağan etmiş bəzi ölkələr yenidən ixracatı bərpa etdilər. Rusiya tərəfi müqavilədən çıxmadığını, sadəcə sövdələşmədə iştirak etmədiyini bəyan edib. Rusiya "taxıl sazişi"ndə qaldığını bəyan edir. Bu qərar hələki taxıl bazarına təsir göstərmir. Dünya bazarında taxıla olan tələblə təklif arasındakı mütənasibliyə baxsaq, indiki halda taxılın qiymətinin kəskin artımı gözlənilmir. Növbəti aylarda da taxılın qiymətinin optimal səviyyədə qalacağı gözlənilir".
Deputat qeyd edib ki, gələn il taxılın qiyməti dünya bazarına çıxarılan məhsulun həcmindən asılı olacaq: "Rusiya istehsal etdiyi taxılı dünya bazarına çıxarmalıdır. Onu uzun müddət saxlamaq mümkün deyil. Ümumilikdə, əvvəlki aylarda taxıla olan tələbin ödənilməsində müşahidə olunan çətinliklər hazırda yoxdur. Rusiyanın son qərarında sonra dünya bazarında taxılın qiymətində kəskin artımların olacağını gözləmirik. Mövcud qiymətlər bir müddət saxlanılacaq", - deyə V.Bayramov bildirib.
Xatırladaq ki, oktyabrın 29-da Rusiyanın Müdafiə Nazirliyi  Türkiyənin vasitəçiliyi ilə Ukrayna ilə imzalanmış “Taxıl saziş"ində iştirakını dayandırdığı barədə məlumat yayıb. Nazirlik qərarın Rusiyanın Qara dəniz donanmasına və mülki gəmilərinə qarşı Ukraynanın həyata keçirdiyi hücuma görə verildiyini bildirib.

Son xəbərlər

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

İlham Əliyev Sərəncam İMZALADI

Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Bütün xəbərlər