{category-title}

Kütləvi məzarlıqlar Ermənistanın müharibə cinayətlərinin sübutudur.

 

 

Rövşən Əhmədov,

YAP Ağcabədi rayon təşkilatının sədri.

 

Müharibə cinayətlərinə görə cəza tədbirlərinin görülməsi beynəlxalq təşkilatların prioritet istiqamətlərindən biridir. Bunlar Azərbaycan və Ermənistanın da iştirakçısı olduğu  Cenevrə Konvensiyasında nəzərdə tutulmuşdur.  Amma Ermənistan bütün bu məsələlərdə özünü  görməməzliyə vurur. Çünki bu konvensiyalar onların uzun müddətdir ki, törətdikləri əməllərin  cinayət olduğunu təsdiqləyən sənəddir.

 

30 il ərzində Ermənistan tərəfindən Azərbaycana qarşı bir sıra cinayətlər törədilib. Təəssüf ki, müharibədən sonra da toqquşmalar baş verir. Vətən müharibəsi zamanı Ermənistan münaqişə zonasından uzaqda yerləşən Tərtər, Bərdə, Gəncə və digər yüzlərlə yaşayış məntəqəsinə artilleriya və raket zərbələri endirib. Halbuki, bu ərazilərdə heç bir hərbi infrastruktur yox idi. Bununla ermənilər mülki əhalini qorxutmaq, onları həmin əraziləri tərk etməyə məcbur etmək niyyətində olubar.

 

Ermənistan işğal zamanı mülki obyektlərə ziyan vurub, əsirlərə, girovlara əzab verib. Həmçinin ermənilər işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma həyat keçiriblər.

 

Ermənistan öz silahlı qüvvələrini işğal olunmuş  ərazilərdən çıxararmaq məcburiyyətində qalarkən tərk etdikləri yaşayış məntəqələrinə minalar basdırıb. Füzulidə hətta abidələrdən minalar aşkar edilib.  Ermənistan tərəfindən Azərbaycana təqdim olunan mina xəritələrinin dürüstlüyü isə 20-30 faizdir. Minalardan zərər çəkən mülki əhaliyə görə Ermənistan məsuliyyət daşıyır.

 

Beynalxalq aləm tərəfindən Ermənistanın Azərbaycana qarşı törədilən müharibə cinayətlərinə lazımi diqqət yetirilmir. Azərbaycan daha çox cinayət törədən tərəf, Ermənistan isə qurban kimi göstərilir. Dörd minə yaxın Azərbaycan vətəndaşının itkin düşdüyü təkzibedilməz faktdır.

 

Qərb ölkələri Ukraynada baş verən proseslərə dərhal reaksiya verir, lakin, müsəlman ölkəsi olan Azərbaycanda yaşanan müharibə cinayətlərinə etinasız  qalırlar. İstər Birinci Qarabağ müharibəsində, istərsə də, Vətən müharibəsində qanunların pozulması, mülki əhalinin öldürülməsi barədə minlərlə fakt aşkar edilib.

İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi zamanı Xocalı rayonunun Fərrux kəndi və Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqlar aşkar edildi. Burada Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə girovluqda saxlanılarkən qətlə yetirilmiş  azərbaycanlıların 3 metr dərinlikdə basdırıldığı məlum olub. İşğaldan azad edilmiş ərazilərdə aşkar edilən kütləvi məzarlıqlar ermənilərin dinc insanları etnik və dini mənsubiyyətinə görə  xüsusi amansızlıqla qətlə yetirdiyini bir daha sübuta yetirir və Ermənistanın müharibə cinayətləri törətdiyini təsdiq edir.

 

Bu qədər faktlar  qarşısında isə beynəlxalq təşkilatlar hələ də susur. İnsanlıq faciəsi törədən, beynəlxalq hüquq normalarını pozan ermənilər cəzalandırılmır. Lakin zaman gələcək Ermənistan bu cinayətlərə görə mütləq cavab verəcəkdir.

 

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər