{category-title}

Ağdamda keçirilən Milli Şəhərsalma Forumu  Azərbaycanın mövqeyini bir daha nümayiş etdirdi

Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri

Cari ilin oktyabr ayının 5-də Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərkən qeyd etmişdir ki, bu forum bir zamanlar qarabağın ən böyük şəhəri olmuş, indi isə ermənilər tərəfindən viran edilmiş Ağdam ərazisində keçirilir.

Bu gün mən çox şadam ki, dünyanın bir çox ölkələrindən gəlmiş 130-dan çox xarici qonaq dəvəti qəbul edərək Ağdama gəlmişdir. Çox yaxşı haldır ki, qonaqlar “Ruhlar şəhəri” “Qafqazın Xerosiması” adlandırılan Ağdamda ermənilərin törətdikləri vandalizmi öz gözləri ilə görürlər.

Cənab Prezident çıxışında BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Naimuna Mohd Şərifin də iştirak etməsindən məmnunluq ifadə edərək vurğulamışdır ki, keçirilən bu forum işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı şəhərsalma və yenidənqurma işlərinə təkan verəcək, bizim həyata keçirdiyimiz layihələrin Beynəlxalq səviyyədə dəstəklənməsinə səbəb olacaqdır.

Ölkə Prezidenti çıxışında regionda və dünyada baş verən proseslərə də toxunaraq bir çox mətləblərə aydınlıq gətirib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib.Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn bütün prinsip və normalarına zidd olaraq, mülki əhalini məqsədyönlü şəkildə əsas hədəf kimi seçib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Dağlıq Qarabağda yaşayan azərbaycanlı mülki əhalinin bir hissəsini fiziki-bioloji cəhətdən məhv etmək, qalan hissəsinin isə müqavimət əzmini qırıb regionu onlardan təmizləmək məqsədi güdürdü. Ermənistanın hərbi təcavüzü, eyni zamanda, Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi, hərc-mərclik, iqtisadi böhran, dövlət institutlarının iflic olması, ölkəni faktiki olum, ya ölüm seçimi qarşısında qoyub.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub. Azərbaycan ərazilərini işğal etmək məqsədilə həyata keçirilən hərbi əməliyyatlar hüquqi müstəvidə təcavüz kimi dəyərləndirilir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusuna qarşı döyüşməsi, Azərbaycan ərazilərinin işğalında birbaşa iştirakı və həmin ərazilərdə yerləşdirilməsi, qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaradılması və s. kimi faktlar Ermənistanın münaqişədə tərəf kimi çıxış etdiyini sübut edir.

Ermənistanın mülki insanları və obyektləri qəsdən hədəfə alması beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanıb. Beynəlxalq ictimaiyyət bir daha ardıcıl şəkildə əmin olub ki, Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil. Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsini hər vəchlə əngəlləyir, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışır və Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu davam etdirməklə, müharibə məqsədlərinə nail olmağı düşünür.

Beynəlxalq hüququn hər bir subyektinin üzərinə götürdüyü öhdəliklər ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə riayət edilməsindən başlayır. Hazırda dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Beynəlxalq hüququn norma və prinsipləri, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı icmasının öz doğma torpaqlarına qayıtması və Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının muxtar şəkildə birgəyaşayışını nəzərdə tutur. Bu yanaşma tərəflər arasında münasibətlərin normal axara düşməsinə və sülhə nail olunmasına imkan verən əsas çərçivədir.

 

 

 

 

 

Son xəbərlər

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb

Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək

Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir

Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

Ərdoğan futbolçuları belə təbrik etdi - Video

Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub

Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib

Son 8 ayda ölüm sayı açıqlanıb

Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Keçmiş icra başçısı vəfat etdi

Bakıda qadın evdə doğuş etdi

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Bütün xəbərlər