{category-title}

Vardanyan Xankəndiyə gəlmir, Moskvadan göndərilir - FAKT BUDUR!


2021-ci ildə Ermənistan vətəndaşlığını qəbul edən erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək qərarına gəldiyini açıqlayıb. vardanyan bununla bağlı videomüraciət yayıb və müraciətində həm Ermənistana, həm Qarabağ ermənilərinə, həm beynəlxalq aləmə çağırış edib. Eyni zamanda, iş adamı Azərbaycanı hədələyib.

Vardanyan müraciətində Qarabağı “bütün ermənilərin kök bazası” adlandırıb: “Mən Qarabağa köçmək qərarına gəldim. Biz, bütün dünya erməniləri Qarabağ xalqı ilə bir yerdə olmalıyıq. Biz minilliklər boyu əcdadlarımızın yaratdığı hər şeyin unudulmasına icazə verə bilmərik. Rusiyaya üz tutmaq istəyirəm. Mən minnətdaram ki, Rusiya bu gün Qarabağdadır və onun sülhməramlı qoşunları xalqımızın təhlükəsizliyini qoruyur. Düşünürəm ki, sülhməramlıların mandatı dəqiqləşdirilməli və Qarabağ xalqının təhlükəsizliyini öz gücümüzlə təmin edə bilməyənə qədər onların qalma müddətləri artırılmalıdır".

"Mən tez-tez aqressiv ritorikadan istifadə edən qonşularımıza (Azərbaycanı nəzərdə tutur - A.B) müraciət etmək istəyirəm: yayı sıxmağı dayandırın! Bu, təhlükəli və sonu görünməyən yoldur, tətbiq olunan qüvvə bir gün bumeranqla yenidən zərbə vura bilər. Siz başa düşməlisiniz ki, biz ermənilər Qarabağda etnik təmizləməyə imkan verməyəcəyik. Erməniləri yavaş-yavaş buradan sıxışdırmağa qoymayacağıq. Bu mümkün deyil, çünki bura ermənilərin tarixi vətəni, erməni kimliyinin beşiyidir. Bu, min illər boyu burada yaşayan çoxlu sayda erməninin əcdadlarının dəfn olunduğu yerdir", - deyə erməni hədələyici tonda danışıb.

Vardanyan Şuşa və Hadruta getməyən Fransa və ABŞ-ın Azərbaycandakı səfirlərinə də minnətdarlıq edib: "Əminəm ki, Qarabağın gələcək statusunu yalnız Qarabağ sakinlərinin, Rusiya, Fransa və ABŞ mütləq şəkildə təmsil edilməli olduğu beynəlxalq ictimaiyyət birgə müəyyən edə bilər. İki həftə əvvəl mən bütün erməniləri və taleyimizə biganə olmayanları birləşdirmək üçün “Arsax Təhlükəsizlik və İnkişaf Cəbhəsi”nin yaradılmasını təklif etdim. Biz hər şeyi etməliyik ki, Qarabağ güclü, təhlükəsiz, inkişaf etmiş və xoşbəxt olsun. Onu dünya mərkəzlərindən birinə və ermənilərin mərkəzinə çevirək. Və əminəm ki, biz birlikdə bunun öhdəsindən gələcəyik. Əminəm ki, bunun üçün bizim bütün imkanlarımız, bütün resurslarımız var, çünki biz ermənilər bunu edə bilərik. Mən bizə inanıram və buna nail olacağımıza inanıram!”.

Erməni mediası bu bəyanatdan sonra müxtəlif mülahizələr yürütməyə başlayıb. Bildirilir ki, biznesmen Qarabağdakı separatçı rejimin “dövlət naziri” təyin olunacaq və Artak Beqlaryanı əvəz edəcək.

“Bizdə olan məlumatlara görə, tezliklə “Arsax hökuməti"ndə ciddi dəyişikliklər olacaq və Vardanyan çox güman ki, əsas "vəzifələrdən" birinə "təyin" olunacaq. Vardanyan böyük ehtimalla, “dövlət naziri” postuna "təyin" olunacaq və Artak Beqlaryanı əvəz edəcək”, – deyə erməni KİV-ləri yazıb.

Vardanyanın bu bəyanatı, hazırkı mərhələdə belə bir qərar verməsi Azərbaycan ictimaiyyətində suallar yaradır: niyə indi və məqsəd nədir? Dia.az-ın məlumatın agörə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl AYNA-nın suallarını cavablandırarkən bildirib ki, bu, Azərbaycan üçün narahatlıq yaradan məqamdır:

- Vardanyanın belə bir addımı perspektivdə bizim üçün başağrısı yarada biləcək haldır. Nəzərə almaq lazımdır ki, Vardanyan İkinci Qarabağ müharibəsi zamanı da fəallıq göstərmişdi. xatırlayıram ki, müharibədən sonra "biz məğlub olmamışıq" kimi bəyanat səsləndirmişdi. Hətta 2021-ci ildə belə bəyanat vermişdi ki, Ermənistanda hakimiyyət başına gəlmək istəyir.

Hesab edirəm ki, Vardanyanın Qarabağa köç etmək fikri özünün deyil, Kremldən gələn göstərişdir. Rusiyanın göstərişi, razılığı, xeyir-duası olmasa, Vardanyan Rusiya vətəndaşlığından imtina edən, Xankəndinə gələn deyil. Biz faktiki olaraq böyük bir məkrin qarşısındayıq.

- Dediniz ki, perspektiv üçün də bizim üçün problemli məsələdir. Problemi daha çox hansı yöndə görürsünüz?

- Belə bir adamın Xankəndiyə gəlməyi o mənada problemlidir ki, Qarabağdakı separatçı rejimə stimul verəcək. Pullarını xərcləyəcək, ermənilərdə yeni ümidlər yaradacaq. Vətən müharibəsində başı əzilən ermənilər ruhdan düşüblər, demək olar ki, əksəriyyəti bölgəni tərk etmək istəyirlər. Belə bir məqamda milyarderin gəlib pul xərcləməsi, onlara yenidən ruh yüksəkliyi yaratması ziyanımızadır. Ona görə də, Azərbaycan rəsmi mövqeyini ciddi şəkildə ortaya qoymalıdır. DTX qanun çərçivəsində öz işini görməlidir, ordu öz işini görməlidir. Bu adam yeri gələrsə, zərərsizləşdirilməlidir. Bölgədəki Rusiya hərbi kontingentinə bildirilməlidir ki, Vardanyan sülhün yaranmasına xidmət məqsədilə Xankəndiyə gəlmir, təxribat yaradıb, vəziyyəti gərginləşdirmək istəyir. Bu baxımdan, Azərbaycan qəti mövqe qoymalıdır ki, Vardanyan qanunsuz şəkildə ərazilərimizə daxil olarsa, zərərsizləşdiriləcək.

- Daha bir məqam Azərbaycanı hədələməsindədir...

- Bəli. Onun müraciətinə fikir versək görərik ki, məqsədi nədir. Rusiyaya minnətdarlıq edir, beynəlxalq aləmə müraciət ünvanlayır, eyni zamanda, ermənilərə üz tutur ki, "itirilən əraziləri geri qaytarmaq lazımdır". Bu, Azərbaycanı hədələmək deməkdir. Belə bir adamın Xankəndinə girişinə heç bir halda yol vermək olmaz. Yenə deyirəm, bu, Vardanyanın yox, Rusiyanın ideyasıdır. Diplomatik yolla Moskvaya Bakının etirazı çatdırılmalıdır.

- Belə iddialar da var ki, Vardanyan əslində Qarabağa yox, Ermənistanda hakimiyyət başına gəlmək niyyətindədir...

- Ssenarilər içərisində bunun olması da mümkündür. Nəzərə almaq lazımdır ki, Ermənistan müxalifəti yenidən aktivləşib. Faktiki olaraq, Nikol Paşinyandan hakimiyyəti almaq niyyəti ortadadır. Məlumdur ki, erməni müxalifəti Rusiyaya bağlıdır. Müxalifət bəyan edir ki, Ermənistanın Müstəqillik Gününə qədər - 21 sentyabradək Paşinyanı hakimiyyətdən qovmalıdırlar. Bu proses gedir. Vardanyanın belə durumda Rusiya vətəndaşlığından imtina ilə bağlı qərarı, Xankəndiyə gəlməsi ilə bağlı bəyanatı sıradan deyil. Ola bilər ki, ssenari belə qurulub ki, Xankəndiyə gələ bilməsə, İrəvanda oturacaq. Rusiya İkinci Qarabağ müharibəsindən sonra Paşinyanı devirə bilmədi. Eyni zamanda, erməni cəmiyyətinə nə Sarkisyanı, nə Köçəryanı, nə Vanetsyanı lori dillə desək, sırımağı bacarmadı. Çünki ermənilər bu adamları tanıyırlar. Onlar siyasi fiqur ola bilmədilər. İndi Moskva Vardanyanın timsalında erməni müxalifətinin yeni fiqurunu ortaya atır. Siyasətdə pul və imic önəmlidir. Vardanyanın pulu var, eyni zamanda, Qarabağda bağlı bəyanatları erməni qulağına xoş gələ bilər. Düzdür, Rusiya Paşinyanla əməkdaşlıq edir. Amma Nikol həm də Qərblə əməkdaşlıq edir və faktiki olaraq onu Qərb hakimiyyətə gətirib. Bu, Rusiyanı qane etmir. Bu baxımdan, mümkündür ki, Rusiya Vardanyanı Ermənistanda hakimiyyətə gətirmək planını işə salmış olsun.

- Ermənistanda Paşinyanın hakimiyyətdə qalmasının, yaxud vardanyanın, Saqatelyanın və s. hakimiyyətə gəlməsinin Azərbaycan üçün önəmi varmı?

- Düzdür, Azərbaycan üçün fərq etmir. O mənada ki, şəxslərin dəyişməsi Azərbaycanın maraqlarını, dəyişmir. Ermənistanda hakimiyyətə kim gəlir-gəlsin, bizim yolumuz bəllidir. Sadəcə əldə olunan razılaşmaların gecikməsi, yenidən illərlə danışıqlar aparılması təhlükəsi yaranır. Eyni zamanda, Rusiya Ermənistanın başına öz adamını yerləşdirərsə, bu zaman onun nüfuzunun qalxması üçün ölkəni gücləndirməyə çalışacaq. Bu, bizim üçün arzuolunan deyil.

Son xəbərlər

Xalq artisti Arif Babayev vəfat edib

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Çoxuşaqlı analarla bağlı AÇIQLAMA

İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir

Məhəmməd Fadila: "Suriyanın elektrik stansiyaları Azərbaycan qazını qəbul etməyə hazırdır"

Zəngəzurda yolayrıcında qalan İran – hakimiyyətdaxili ziddiyyətlərin təzahürü - ŞƏRH

Avqustun 6-dan MİQ üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi başlayır

Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Naxçıvanda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Avqustun 11-dən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır

Gömrük Komitəsində otağı su basdı - Video

Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq

BİZİM TƏQVİM: 31 iyulda baş vermiş tarixi hadisələr

Kəlbəcər bu səhəri zəlzələ ilə açdı

"Sədərək" ticarət mərkəzində yanğın olub

Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir

Qazi jurnalistlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda - FOTOLAR

Bu ilin birinci yarısında əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Müəllimlərin sertifikasiya prosesinin müsahibə mərhələsi avqustun sonlarında başlayacaq

İndiyədək 121 min uşağın birincə sinfə qəbulu yekunlaşıb

Sakit okeanın cənubundakı bir neçə ada dövlətində sunami təhlükəsi elan edilib

Gəncə Memorial Kompleksinə 10 milyon ayrıldı

Alparslan Bayraktar: "Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq"

Bütün xəbərlər