{category-title}
Gündəm / Cəmiyyət
5.09.2022, 10:29
"İl sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalanacaq" - Paşinyan
"İlin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalanacaq".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan avqust ayının 31-də Brüsseldə keçirilən üçtərəfli görüş barədə bəzi təfərrüatları bildirərkən deyib.
Erməni KİV-lərinin məlumatına görə, o, bu məlumatı Kommunist Partiyasının deputatları ilə qapalı görüş keçirərək qeyd edib.
Bundan əvvəl qeyd olunub ki, üçtərəfli görüşün növbəti mərhələsi cari ilin noyabr ayında keçiriləcək.