{category-title}

Kəmaləddin Heydərov müşavirə keçirdi - Tapşırıqlar verdi
Fövqəladə Hallar Nazirliyində nazir, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə müşavirə keçirilib.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, nazirin birinci müavini general-leytenant Rəfail Mirzəyev və Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarının rəhbər heyətinin iştirak etdiyi müşavirə FHN-in maddi-texniki təchizatı və pilot layihə kimi hazırlanmış fövqəladə halların intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı məsələlərin müzakirəsinə həsr olunub.
Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ən müasir texnika və avandanlıqlarla təchiz olunmuş Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının günün tələbinə və texnologiyaların inkişafı dinamikasına uyğun olaraq daim yenilənməsi həyata keçirilir. Məhz bunun sayəsində FHN baş verən istənilən fövqəladə hadisə ilə uğurla mübarizə aparır.
Kəmaləddin Heydərov müşavirə keçirdi - Tapşırıqlar verdi
Daha sonra nazir bildirib ki, Nazirliyin maddi-texniki təchizatının yenilənməsi üzərində işlər davam etdirilməli, habelə texnika və avadanlıqlara, o cümlədən yanğınsöndürmə və xilasetmə texnikalarına vaxtlı-vaxtında texniki qulluğun göstərilməsi məsələləri bundan sonra da daim diqqət mərkəzində saxlanılmalıdır. Müasir texnologiyalardan iş prosesində istifadənin vacibliyinə toxunan nazir xüsusilə fövqəladə halların qarşısının vaxtında alınması və nəticələrinin çevik aradan qaldırılması istiqamətində ən son sistemlərin, o cümlədən rabitə və fövqəladə halların intellektual idarəetmə sistemlərinin tətbiqinin əhəmiyyətini qeyd edib.
Sonra fövqəladə halların intellektual idarəetmə sisteminin təqdimatı edilib. Bildirilib ki, bu sistem FHN-in qurumları arasında birgə fəaliyyətin daha yaxşı koordinasiya edilməsi və qüvvələrin daha effektli tətbiqi üçün nəzərdə tutulub. Geniş imkanlara malik bu sistem xüsusi və ən son nəsil müşahidə kameralarının köməkliyi ilə fövqəladə hal rayonunun real vaxt rejimində anında nəzarətə götürülməsi və qüvvələrin vaxt itirmədən çevik və səmərəli idarə edilməsinə imkan yaradacaq. Bu sistemin əvvəlcə pilot layihə kimi konkret bir rayonda tətbiqi nəzərdə tutulur. Məhz bu pilot layihənin tətbiqi zamanı sistemin bütün xüsusiyyətləri praktiki olaraq real şəraitdə təhlil ediləcək, o cümlədən mümkün çatışmazlıqlar aradan qaldırılacaq və bundan sonra onun bütün ölkə üzrə tətbiqi ilə bağlı qərar veriləcək.
Təqdim olunan fövqəladə halların intellektual idarəetmə sistemini yüksək qiymətləndirən nazir Kəmaləddin Heydərov onun pilot layihə olaraq qısa müddətdə tətbiqi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Kəmaləddin Heydərov müşavirə keçirdi - Tapşırıqlar verdi

Son xəbərlər

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Xəzər dənizində zəlzələ olub

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib

Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib

"Sabah" - "Hapoel" matçına 15 min bilet satılıb

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib

Kəlbəcərə dolu düşüb

Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

BİZİM TƏQVİM:21 avqustda baş vermiş tarixi hadisələr

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Bütün xəbərlər