{category-title}

Azərbaycanda vəzifəli şəxslər HƏBS EDİLDİ


Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun həmin klubun istifadəsində olan keçmiş “Məhsul stadionu” adlanan ərazinin satışı adı altında sahibkarlara məxsus pul vəsaitlərini ələ keçirmələri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.  

Baş Prokurorluqdan verilən məlumata görə, aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən sözügedən stadion ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı Alik Həsənovun həmin vəzifədə işləyərkən eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon  manata sata biləcəyini bildirməsinə, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

Qeyd edilən hallarla bağlı toplanmış ilkin sübutlar əsasında Nadir Əliyev və Alik Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham elan edilərək, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirlir.

Son xəbərlər

ETX: Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

İlham Əliyev: TDT-yə üzv ölkələr arasında heç bir problem və anlaşılmazlıq yoxdur

İlham Əliyev: Zəngəzur dəhlizində avtomobil yolunun 90 %-i, dəmir yolunun 70 %-i tamamlanıb

"Qazprom": "Türk axını" qaz kəmərinin obyektinə hücum cəhdi olub

Ceyhun Bayramovla Hindistan səfiri iki ölkə arasında diplomatik məsləhətləşmələrin vacibliyini qeyd ediblər

BƏƏ-də İranın zərbələri nəticəsində yaralananların sayı 190-a çatıb

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb

Masallıda baba və nəvə yanaraq öldü - İcra başçısı hadisə yerinə getdi-Yenilənib

Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb

İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib

Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək

Ərbildə 20-dən çox PUA vurulub

Aprel ayına olan hava proqnozu açıqlanıb

Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir

Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək

Şər-böhtan yox, fakt və vicdan danışmalıdır

"Mehr": ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür - FOTO

ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib

Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb - VİDEO

Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib

Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq

İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub

Bütün xəbərlər