{category-title}

Gündəm / Cəmiyyət
10.08.2022, 16:28
Leyla Əliyeva güləşçilərimizin çıxışlarını izləyir - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının çıxışlarını izləyir.
L.Əliyeva hazırda Konya Texniki Universitetinin idman zalında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyevlə birlikdə güləş yarışlarını izləyir.
Qeyd edək ki, bu gün Azərbaycanın sərbəst və qadın güləşçiləri mübarizəyə başlayıb.