{category-title}

Çimərliyə gedən xanımları təhqir edən şəxs prokurorluğa ÇAĞIRILDI
Müxtəlif dini etiqadlarların qanun qarşısında bərabərliyi, dostluq və əmin-amanlıq şəraitində ünsiyyət qurması Azərbaycan cəmiyyətinin multikulturalizm və tolerantlıq baxımından dünyaya göstərdiyi bir nümunədir. Təəsüf ki, bəzi hallarda mediada və sosial şəbəkə səhifələrində milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyinin salınmasına, bu zəmində fərdlərin dünya görüşünə görə ləyaqətinin alçaldılmasına, bununla da Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının qəsd etmə hallarına rast gəlinir.
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu məlumat yayıb. Məlumatda deyilir:
"Baş Prokurorluq tərəfindən aparılan monitorinq nəticəsində müəyyən edilib ki, Abşeron rayon sakini Təyyar Hüseynli internet informasiya ehtiyatında və informasiya-telekommunikasiya şəbəkəsində müsahibə zamanı fərqli dünya görüşünə və əqidəyə malik olan şəxslər barəsində kəskin və Azərbaycan cəmiyyətində mövcud dəyərlər baxımından təhqiramiz ifadədələr işlədib, bunun davamı olaraq baş vermiş müzakirələrdə Mübariz Sadıqlı, Nicat Dadaşov və İrşad Muradov və digər şəxslər tərəfindən təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar yayılıb.
Bununla da “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” haqqında Qanunun 13-2.2.3 və 13-2.3.9-cü maddələrinin tələbləri pozulub. 
Qeyd olunanları nəzərə alaraq, adı çəkilən şəxslərlə aparılmış söhbət zamanı əməllərinin ictimai təhlükəli nəticəsini vaxtında dərk etmədiklərini, mövcud şəraitdə bu cür yazıların yanlış olduğunu dərk etdiyini, gələcəkdə bu cür pozuntulara yol verməyəcəklərini nəzərə alaraq onların barəsində “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlığın elan edilməsi ilə kifayətlənib.
Bununla yanaşı, Baş Prokurorluq tərəfindən media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edilərək gələcəkdə cəmiyyətdə təşvişə səbəb olan bu qəbildən məlumatların yayılmaması tələb edilir, əks halda müvafiq qanuni tədbirlərin görüləcəyi bildirilir".
Qeyd edək ki, Təyyar Hüseynli çimərliyə gedən xanımları təhqir edərək, müsəlman kişinin yanındakı qadın geyiminə diqqət etməli olduğunu deyib.

Son xəbərlər

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

Bütün xəbərlər