{category-title}

Deputatların maaşı nə qədər artıb? - RƏQƏMLƏR
Bu gün bəzi saytlarda, sosial şəbəkədə “deputatların maaşı 61% artıb” başlıqlı doğru olmayan yazılar yayılıb. Yazılarda deputatların aylıq maaşının (qazancının) yanlış olaraq artaraq 4052 manatdan 6537 manata çatdığı iddia olunur. 
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sosial şəbəkə hesabında yazıb.
Komitə sədri bildirib ki, deputatın artıma qədər ümumi (vergi və digər yığımlar ödənmədən)aylıq vəzifə maaşı 1733 manat idi, artımdan sonra isə 2491 manat olub:
"Deputatın əvvəl aldığı vəzifə maaşının 1 misli qədər əlavə, 50%-i qədər vergidən azad pul təminatı, illik 2 misli qədər müavinət və illik 2 misli qədər məzuniyyət pulları ləğv olundu. Əvəzində deputata aylıq vəzifə maaşının 2 misli qədər maaşa əlavə ödənəcək. Deputatın gəlirlərində vergi azadolmaları da ləğv olundu və beləliklə deputatın bütün gəliri gəlir vergisinə cəlb olunacaq (ayda orta hesabla 1593 manat vergi). Bundan əlavə sosial sığorta, icbari tibbi sığorta, həmkarlar təşkilatlarına yığımlar da bütün gəlirdən hesablanacaq (ayda orta hesabla 523 manat). 
Beləliklə, qanuna edilən müvafiq dəyişiklikdən sonra deputatın aylıq xalis maaşı (bütün vergilər və yığımlar çıxıldıqdan sonra) 1968 manat (əvvəl 1369 manat idi), aylıq əlavələr üzərinə gəldikdə isə xalis gəliri 5357 manat (əvvəl 4017 manat idi) olacaqdır. Bu isə əvvəlki rəqəmdən 33% çox deməkdir. Yəni, ümumi artım 33% təşkil edir".

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər