{category-title}

Dünya qlobal enerji böhranının astanasında

COVID-19 pandemiyası alternativ mənbələr hesabına enerji istehsalı prosesini ləngitdi. Qlobal miqyasda 733 milyon insanın hələ də elektrik enerjisinə çıxışı yoxdur və 2,4 milyard insan hələ də sağlamlıqlarına və ətraf mühitə zərərli yanacaqlardan istifadə edir.

PressXeber.info  “Report”a istinadən xəbər verir ki, Enerji Tərəqqi Hesabatı əlverişli, etibarlı, davamlı və müasir enerjiyə universal çıxış üçün qlobal axtarışda əldə edilmiş nəaliyyətləri qiymətləndirərək bildirir ki, bugünkü tərəqqi tempinə görə, dünya hələ də 2030-cu ilə qədər yaşıl enerjini tam bərpa edə bilməyəcək. Bərpa olunan enerji mənbələri ölkələrə iqlim dəyişikliyini yumşaltmağa, dəyişkən qiymətlərə davamlılıq yaratmağa və enerji xərclərini azaltmağa kömək edə bilər.

Buna baxmayaraq, yaxın 20 il ərzində dünya bazarında ənənəvi enerji mənbələrinin (neft, qaz və kömür) üstünlük təşkil edəcəyi və enerji daşıyıcılarına əsas tələbatın ABŞ və Avropa İttifaqı (Aİ) ölkələrindən Asiya bazarlarına yönələcəyi gözlənilir. Bu dövr ərzində enerji istehsalı üçün qlobal bazarın təxminən iki dəfə artması və daşımaların 75 %-dən çoxunu təşkil edəcəyi proqnozlaşdırılır. Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal enerji tələbinin 2040-cı ilə qədər 37 % artacağı haqda xəbərdarlıq edir.

Son iki ildə enerji qiymətlərindəki artım 1973-cü il neft böhranından sonra ən böyük artım olub. Dünya Bankının son Əmtəə Bazarlarına Baxış hesabatına görə, Ukraynadakı müharibə əmtəə bazarlarına böyük zərbə vurub.

Rusiya ilə Ukrayna arasında yaranmış vəziyyət qaz təchizatının fasiləsizliyi məsələsini yenidən gündəmə gətirib. Rusiyanın Ukraynaya müdaxiləsi dünyanın iqtisadi mənzərəsinə və enerji təchizatına güclü təsir etdi. Ukrayna böhranı və Rusiyaya qarşı bir sıra sərt iqtisadi, maliyyə və enerji sanksiyaları dünyanın enerji sistemini çətinə salıb.

COVID pandemiyasından sonra gündəmdə olan, lakin qurulması mümkün olmayan yeni dünya nizamı əvəzinə, indi hər kəs yeni qlobal enerji böhranı haqqında düşünür.

Sanksiyalar, qərb treyderlərinin özünü məhdudlaşdırması və Rusiyanın enerji şantajı səbəbiylə neft nominal ifadədə demək olar ki, 4,5 dəfə bahalaşıb. Belə yüksək qiymətlərin nəticəsi artıq göz qabağındadır. Əgər əvvəllər Rusiya Avropanın qaza olan tələbatının 40 %-ə qədərini təmin edirdisə, 2021-ci ildə bu pay bir qədər azalaraq 35 %-ə enib, indi artıq 25 %-dən azdır.

Avropa Rusiya qazından çox asılıdır və boru kəmərləri bağlanarsa, qısa müddətdə alternativ mənbələr tapa bilməyəcək. Böhran davam edərsə, ilin sonuna qədər qaz təchizatı problemi daha da pisləşəcək.

Tanınmış iqtisadçı Nouriel Roubini “Rusiya müharibəsi və qlobal iqtisadiyyat” məqaləsində yazır ki, müharibənin iqtisadi və maliyyə təsiri və bunun nəticəsində yaranan staqflyasiya şoku ən çox Rusiya və Ukraynada, onun ardınca isə Rusiya qazından ağır asılılığa görə Avropa İttifaqında olacaq.

Rusiya ixracının əsasını təşkil edən və Avropanın imtina etdiyi böyük həcmdə dizel yanacağı və digər emal olunmuş məhsulları sürətlə Yaxın Şərqə yönləndirir. Ukraynada münaqişənin başladığı dövrdən Rusiya yanacağının Avropaya idxalı 30 % azalıb.

Rusiyaya alternativ hesab oluna bilən digər istehsalçılar isə yalnız uzunmüddətli perspektivdə nəzərdən keçirilə bilər. Məlumdur ki, Rusiya Asiya bazarlarında, xüsusən də Çində qaz satışı ilə bağlı müqavilələr imzalayıb, lakin onun dünyada ən böyük müştəriləri hələ də Avropa İttifaqı və Türkiyədir.

Hazırda dünyada Rusiyanın tədarükünü ödəyə biləcək başqa təbii qaz potensialı yoxdur. Bu neft və qazın qiymətlərinin hər gün daha da artmasına və qlobal inflyasiyanın güclənməsinə gətirib çıxaracaq.

Dünya neft tələbatının 2023-cü ildə pandemiyadan əvvəlki səviyyəni keçərək 101,6 mb/gün təşkil edəcəyi proqnozlaşdırılır. Dünyada yaranan bu enerji qıtlığı fonunda baş verənlərə baxmayaraq, Azərbaycan Respublikasının enerji strateqiyası uğurla inkişaf etdirilir. Bu gün Azərbaycan xalis enerji ixracatçısıdır. Azərbaycan Avropaya, xüsusilə İtaliyaya, Türkiyəyə, Gürcüstana və İsrailə qaz ixrac edir. Ümumlikdə isə 2022-ci ilin yanvar-mart ayları ərzində 17 ölkəyə 3 680 031,85 min ABŞ dolları dəyərində 5 887 523,51 ton neft ixrac edilib. İxrac olunmuş xam neft və xam neft məhsullarının həcmi 2020-ci illə müqayisədə 6,6 % azalsa da, dəyəri 41,2 % artıb.

Avropa Komissiyası 18 iyul 2022-ci il Azərbaycanla təbii qaz idxalının 2027-ci ilə qədər ikiqat artırılması haqqında saziş imzalayıb. 15 il ərzində Azərbaycan təbii qazının idxalını ildə ən azı 20 milyard kubmetrə çatdırmağı nəzərdə tutan saziş Avropa İttifaqı ölkələrinin Rusiya enerjisindən asılılığını azaltmağa kömək edəcək.

Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin həyata keçirilməsi, yenidənqurma və inkişaf layihələri çərçivəsində ölkənin Qarabağ regionunun yaşıl enerji zonasına çevrilməsini prioritet istiqamət kimi müəyyən edib. 2021-ci ilin mayında Azərbaycanın Energetika Nazirliyi Yaponiyanın TEPSCO şirkəti ilə Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində “yaşıl enerji” zonasının yaradılması haqqında saziş imzalayıb. Məqsəd 2050-ci ilə qədər regionu tamamilə yaşıl enerji zonasına çevirmək, həmçinin karbon qazı emissiyasını 40% azaltmaqdır.

Azərbaycanın bərpa olunan enerji potensialı 37 000 MVt təşkil edir ki, bunun da təxminən on mini ölkə ərazilərinin 2020-ci ildə Ermənistan işğalından azad edilməsindən sonra açılıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin alternativ enerji potensialına demək olar ki, bütün növ bərpa olunan enerji mənbələri, o cümlədən su, günəş, külək, geotermal enerji daxildir. Bu regionda ümumi günəş enerjisi potensialı 7 200 meqavat, külək enerjisi potensialı 2 000 meqavat qiymətləndirilir və sutkada 4-5 min kubmetr termal su ehtiyatları vardır.

Azərbaycanın apardığı uğurlu siyasət nəticəsində ÜDM-in davamlı artımını qoruyub saxlaya, yüksək inflyasiyanın və işsizliyin səviyyəsini aşağı sala, neft hasilatını uğurla davam etdirə və enerji bazarında əsas yerlərdən birini tutmağa müvəffəq ola bilib.

Son xəbərlər

Zakir Həsənov türkiyəli generalla görüşdü - Fotolar

Ağadadaş Ağayev məhkəmədə: Azərbaycanın Xalq artisti kimi bunu özümə yaraşdırmıram - YENİLƏNİB

“Zurabişviliyə siyasi sığınacaq verməyə hazırıq”

Qərbin qərəzi: Uğursuz konfranslara yumulan gözlər COP29-da bərəldi - ŞƏRH

Bakıda keçmiş nazir müavinini maşın vurub öldürdü

Azərbaycan COP16 Bürosuna üzv seçildi

Sabah hava necə olacaq?

AMEA-nın vitse-prezidenti: Gənc alimlər islam dünyasında elmi yüksək səviyyədə təmsil etməlidirlər

BMT rəsmisi: Əlilliyi olan şəxslərin rifahının təmin edilməsi hər birimizin üzərinə düşən vəzifədir

Azərbaycan Kubokunda 1/8 final start götürür

Sumqayıtda 3 nəfər ağır yanıq xəsarətləri alıb - Video

Novxanıda partlayış olub, yaralananlar var

Bakıda tıxac olan yollar açıqlanıb – SİYAHI

Suriyada “Ərəb baharı”nın davamı - Bəşşar Əsəd gedə bilər - ŞƏRH

Yeni bələdiyyə sədrinin seçilməsi ilə bağlı qaydalar təsdiqləndi

Bəşər Əsəd Ərdoğanın təklifini qəbul edə bilər

Azərbaycan deputatları Ermənistana GEDƏCƏK?

Gürcüstanda yeni hökumətin ilk iclası başlayıb

Tbilisidə 100-dən çox polis xəsarət alıb

Sumqayıtda ər arvadını bıçaqladı

İran xarici işlər naziri Ankaradadır - Fidanla görüşəcək

Azərbaycanda kərə yağı bahalaşıb - Yeni QİYMƏTLƏR (VİDEO)

KİV: Əsəd Türkiyə ilə təmaslar axtarmağa başlayıb

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər