{category-title}

Ortaya sual çıxır: Azərbaycan buna necə nail ola bilər? - NƏ BAŞ VERİR?
Ermənistanın “Hraparak” qəzeti “Artsax”dakı mənbələrinə istinadən yazır ki, avqustda Laçın dəhlizinə alternativ yolun Ermənistandan keçən hissəsinin tikintisi ilə bağlı müsabiqə elan olunacaq. Tenderdə qalib gələn şirkət yolun 8 kilometrlik hissəsinin tikintisinə başlayacaq.
“Bəzi məlumatlara görə, Azərbaycan tərəfi yolun Ermənistandan keçən hissəsini öz vəsaiti hesabına tikməyi təklif edib. Lakin Paşinyan ictimaiyyətin reaksiyasından qorxaraq bundan imtina edib. Xatırladaq ki, 2020-ci il 9 noyabr tarixli Üçtərəfli Bəyanata əsasən, Laçın dəhlizinə alternativ olaraq yeni nəqliyyat marşrutu çəkilməlidir. Azərbaycan yolun öz hissəsinin tikintisini artıq başa çatdırır. Ermənistan tərəfi isə hələ ki, tikintiyə başlamayıb.
Baş nazir bir neçə həftə əvvəl keçirdiyi mətbuat konfransında Berdzordan (Laçın nəzərdə tutulur – müəllif) yan keçən yolun istifadəyə verilməsindən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş sərhədlərinə daxil olmayan ərazilərin Azərbaycana veriləcəyini bəyan edərək, Berdzor, Ahavno və Susun Azərbaycanın nəzarətinə keçəcəyini təsdiq edib. Biz onu da məlumat vermişdik ki, Artsax hakimiyyəti Berdzorda yaşayan 50 ailəyə təhlükəsizlik və rabitə baxımından yaşamaq və düşmən hücumlarından müdafiə olunmaq üçün daha əlverişli olan Hin Şen, Nor Şek kəndlərinə köçməyi təklif etmək niyyətindədir”, – qəzet yazır.
Beləliklə, aydın olur ki, artıq bu il Ermənistan-Azərbaycan sərhədinin başqa bir hissəsindən keçməklə yeni Laçın dəhlizi ilə hərəkət başlaya bilər. Maraqlıdır, Bakı bu yeni dəhlizin girişində Azərbaycanın sərhəd və gömrük postlarının qurulmasında israr edəcəkmi? Bu, ölkəmiz üçün çox həssas məsələdir. Çünki Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərmizə daxil olanlara nəzarət etmək lazımdır. Bununla da, Ermənistan hərbi qulluqçularının Qarabağa giriş-çıxışına, eləcə də anti-Azərbaycan əhval-ruhiyyəli xarici siyasətçilərin səfərlərinə son qoymaq olar.
Bu mövzuda söhbət düşən kimi erməni tərəfi dərhal Üçtərəfli Bəyanatı yada salır. Yəni, deyirlər ki, Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizi Azərbaycanın nəzarətində olmamalıdır. Azərbaycan isə təkid edir ki, bu halda analoji rejim Zəngəzurdan (Sünik) keçən yola da şamil edilməlidir. Amma ermənilər bu zaman yenə xatırlayırlar ki, Üçtərəfli Bəyanatda Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat kommunikasiyaları ilə bağlı dəhliz barədə heç nə deyilməyib.
Lakin rəsmi Bakı bu vəziyyətlə razılaşmır. Çünki bu, qeyri-bərabər keçid rejimidir. Prezident Əliyev artıq bəyan edib ki, Azərbaycan bu yolların ancaq bərabər statusuna razıdır – ya həm Zəngəzurda, həm Laçında postlar qoyulur, ya da heç birində post olmayacaq.
Ortaya sual çıxır: Azərbaycan buna necə nail ola bilər? Axı burada Rusiya “sülhməramlıları” faktoru yaranır. Çox güman ki, hər şey Ukraynadakı müharibənin nəticəsindən asılı olacaq. Əgər Moskva orada məğlub olacaqsa, o zaman Azərbaycan üçün (Türkiyənin mənəvi dəstəyi ilə) Rusiya qoşunlarını öz ərazisindən çıxarmaq daha asan olacaq. Və bundan sonra Ermənistanla bütün sərhəd və nəqliyyat problemlərini birbaşa həll etmək daha asan alınacaq.
Bəs belə gözləntilər nə dərəcədə əsaslıdır?  Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze bununla bağlı fikirlərini Press Klubla bölüşüb:
– Əslində, Zəngəzur və Laçın dəhlizlərinin eyniləşdirilməsinin məntiqi mənasını tam başa düşə bilmirəm. Prinsip ondan ibarətdir ki, nəzarət-buraxılış məntəqələri hər yerdə yerləşməlidir. Bu ilk növbədə Bakı üçün sərfəlidir. Çünki o, faktiki olaraq Qarabağa silah və sursat daşınmasının, hərbçilərin rotasiya imkanlarının qarşısını alır. Bu isə o deməkdir ki, Rusiya sülhməramlıları həqiqətən də əsl sülhməramlı funksiyasını, yəni gücdən istifadə etməməyə zəmanət verən qüvvə missiyasını öz üzərinə götürməli olacaq. Bu, digər problemləri həll etmək üçün müəyyən müvəqqəti əks-vasitə olacaq. Sonra Zəngəzur dəhlizi, sərhəd və başqa hər şeylə bağlı İrəvanla danışıqlar aparmaq olar.
Başqa məsələ ondan ibarətdir ki, Bakı əmin deyil ki, Moskva Azərbaycana Laçın dəhlizi üzərində nəzarəti bərqərar etməyə icazə verəcək. O zaman Zəngəzur dəhlizi Rusiya Federasiyasının Qarabağın bir hissəsinə nəzarət altında saxlamasının bir növ kompensasiyası olacaq.
Mən, sırf texniki baxımdan başa düşə bilmirdim ki, Laçın dəhlizinin Azərbaycanın nəzarətinə keçməsinin qarşısını necə almaq mümkündür. Amma siz öz sualınızla cavabı verdiniz: yeni yolun Ermənistandan keçən hissəsi tikilməyəcək və buyurun – status-kvo qorunub saxlanılacaq.
Ona görə də hesab edirəm ki, yolun Ermənistandan keçən hissəsinin tikintisinin Azərbaycandan keçən hissəsinin istismara verilməsinə, nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasına mane olmaması və bundan sonra bütün digər məqamlarla bağlı Ermənistanla danışıqlar aparılması üçün texniki problemi həll etmək daha məntiqli olardı.
Bağışlayın, amma hazırda belə bir təəssürat yaranır ki, tərəflər Moskvanı öz tərəflərinə çəkmək ümidi ilə kommunikasiyaların statusu ilə bağlı mənasız mübahisələrə xeyli vaxt itiriblər. Rusiyaya da məhz bu lazımdır və bu, regionda onun mövcudluğunu əsaslandırır.
Aydındır ki, tərəflərin gələcəklə bağlı strateji planları ola bilər və var. Lakin regionun bütün digər ölkələrinin maraqları nöqteyi-nəzərindən baxanda, birinci dərəcəli vəzifə bütün kommunikasiyaların açılması və beynəlxalq səviyyədə tanınmış sərhədlərə əsaslanan davamlı sülhün bərqərar olmasıdır. Başqa yol yoxdur.

Son xəbərlər

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb

Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək

Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir

Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

Ərdoğan futbolçuları belə təbrik etdi - Video

Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub

Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib

Son 8 ayda ölüm sayı açıqlanıb

Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Keçmiş icra başçısı vəfat etdi

Bakıda qadın evdə doğuş etdi

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Bütün xəbərlər