{category-title}
Gündəm / İqtisadiyyat
16.07.2022, 11:10
Azərbaycanda qida məhsullarının qiymətləri nə qədər artıb? - RƏSMİ
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda illik inflyasiya 12,9 % təşkil edib, o cümlədən qida məhsulları üzrə qiymət indeksi 19 % artıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Nazir qeyd edib ki, ölkədə antiinflyasiya siyasəti üzrə xüsusi tədbirlər planı təsdiqlənib və icrası həyata keçirilir: “Həmin tədbirlər planı çərçivəsində ərzaq bazarlarında sağlam rəqabətin təmin edilməsi və qiymət manipulyasiyasının qarşısının alınması, minimum istehlak səbətinə daxil olan ərzaq malları üzrə daxili bazarda özünütəminat səviyyəsinin qorunması, bu məhsullar üzrə idxalın dayanıqlılığının və ixraca effektiv nəzarətin təmin edilməsi, onların daxili istehsalının genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir”.