{category-title}

 

Elməddin Bağıyev: Müqəddəs Qurban bayramınız mübarək olsun

 

Elməddin Bağıyev

Orbita MTK-nın meneceri

 

“Qurban” kəlməsinin lüğəti mənası “Allaha yaxınlıq etmək üçün vəsilə olan” deməkdir. Dini termin olaraq isə qurban “ibadət məqsədi ilə müəyyən bir vaxtda müəyyən şərtləri olan heyvanı qaydalara görə kəsmək və ya bu şəkildə kəsilən heyvan” deməkdir.


İslamda qurbanın dini hökmü ilə əlaqədar olaraq Quranda və Hz. Məhəmməd’in (s) hədislərində bəyanlar vardır. Məsəslən, Qurani Kərimin əl-Kövsər surəsinin 2-ci ayəsində açıq şəkildə buyrulur ki, “Rəbbin üçün namaz qıl, qurban kəs”. Həzrəti Peyğəmbərin (s) hədislərində də qurban kəsmənin vacibliyi vurğulanır: “Kim imkanı olduğu halda qurban kəsməzsə, bizim məscidimizə yaxınlaşmasın”(hədis,  Mace, “ədahi”, 2).


İslam aləmində bir neçə müqəddəs bayramlar var ki, onlardan biri də Qurban bayramıdır. Müqəddəs Qurban bayramı İslam dininin mühüm bayramlarından biridir. Qurbanlıq qoyun, qoç, inək, dana və ya dəvə bu heyvanlardan kəsilə bilər. Onu da qeyd etmək lazımdır ki, Allah yolunda kəsilən qurbanlıq heyvan xəstə, kor, şikəst olmamalıdır. Çünki  "Qurani-Kərim"də buyurulur ki, kəsilən qurbanların nə əti, nə də qanı Allaha çatmaz, Allaha çatacaq olan yalnız sizin təqvanızdır. Qurban ibadəti bizə Allah yolunda paylaşmağı, kasıblara əl tutmağı öyrədir. Qurban Allaha olan sevginin sübutudur. Yaradana  olan sevgimizi göstərmək üçün bizim üçün dəyərli olanlardan başqalarına, xüsusilə də ehtiyac sahiblərinə infaq etməliyik (bağışlamalıyıq).
Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, möminlik, xeyriyyəçilik, imkansızlara kömək etmək kimi əlamətlərə yiyələndi.  Qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. Həmin gün İbrahim Xəlil peyğəmbərin (ə) Allah Təalanın “oğlun İsmaili qurbangahda kəs” əmrinə itaət edib və onu layiqincə yerinə yetirməsi ilə məşhurdur. Bilirik ki, İbrahim peyğəmbər (ə) Müqəddəs Qurani Kərimdə də qeyd olunduğu kimi imtahana çəkilərək imamlıq dərəcəsinə ucalan peyğəmbərdir. Uzun müddət övladının olmaması və qocalıq yaşında övlad sahibi olduqdan sonra onun Allah Təala yolunda kəsilmə əmri də məhz həmin imtahanlardandır. Baş verən hadisəyə diqqət etsək bu imtahanın həqiqətən də çox çətin olmasını anlayarıq. Belə ki, o Həzrət, Allah Təalanın əmrini yerinə yetirmək üçün oğlu İsmaili öz razılığı ilə qurbangaha aparır və oğlunun başını Allah Taala yolunda kəsmək üçün bıçağı onun boğazına sürtür amma bıçaq kəsmir. Allah Təaladan nida gəlir, ey İbrahim sən bu İlahi sınaqdan layiqincə çıxdın və bundan sonra Cəbrayıl mələk  vasitəsi ilə bir qoç göndərir və İsmailin əvəzinə həmin qoçun kəsilməsini istəyir. Məhz bu hadisədən sonra Minada qurban kəsmək adət-ənənəyə çevrilir. Bundan əlavə xalis bəndənin bu çətin imtahandan  başıuca və alnıaçıq çıxması ilə öz bəndəliyini Aləmlərin Rəbbi qarşısında sübut edir, buna görə də bu gün sevincli və bayram günü kimi tarixə düşür. Hazırki zəmanəmizdə bəndələrin böyük bir qrupu bu əməli həmişə yaşatmaq xatirinə, Allah evinin Həcc ziyarətinə gedir və xüsusən də ənənəyə sadiq qalaraq Minada qurban kəsirlər.


Bütün Müsəlman aləminin Müqəddəs Qurban bayramı mübarək!

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər