{category-title}

Consonu bu şəxslər əvəz edə bilər - SİYAHI
Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verib.
Britaniya mətbuatı Boris Consonun istefasa xəbərindən sonra onu əvəz edə biləcək adları da sadalayıb.
Həminnamizədlər aşağıdakılardır:
Xarici işlər naziri Liz Truss - 46 yaşlı mühafizəkar siyasətçi Britaniyanın xarici siyasətinin görkəmli simalarından biridir. Sentyabr ayından xarici işlər naziri vəzifəsini icra edən Truss Britaniyanın Rusiya - Ukrayna müharibəsində fəal mövqeyinin memarı kimi tanınır. Britaniya ictimaiyyəti Trussı Britaniyanın məşhur baş naziri Marqaret Tetçerlə müqayisə edir.
İraq əsilli Nadhim Zahavi tanınmış simalardan biridir -  Britaniyanın yeni iqtisadiyyat naziri təyin edilən Zahavi sahibkardır və ölkənin ən varlı adamlarından biridir. Neft sənayesində sərmayələri olan və kimya mühəndisliyi təhsili alan Zahavinin ailəsi İraqdakı Səddam Hüseyn rejimindən qaçaraq İngiltərəyə gəlmişdi. Zəhavinin ingilis dilini İngiltərədə öyrəndiyi məlumdur. Zahavi Consonun istefasını tələb edən nazirlərdən biridir.
Rişi Sunak - Dövrün “ qızıl  övladı” kimi tanınan Sunaka dəstək bu ilin əvvəlində həyat yoldaşının vergidən yayınma iddiaları ilə vurulmuşdu. Sunak, Covid-19 məhdudiyyətləri zamanı Baş nazirin 10 nömrəli Dauninq iqamətgahında keçirilən partiyalara qatıldığı üçün də cərimələnib. 
Ben Valllese -  52 yaşlı müdafiə naziri son dövrlərdəki performansı və münasibətləri ilə məşhur simalardan birinə çevrilib. İngiltərə mətbuatı daha əvvəl baş nazir olmağı sevmədiyini deyən Uollesə “Bu fikir partiya bazasından gələn dəstəklə dəyişə bilər” şərhini verib.
Qeyd edək ki, İngiltərə Baş naziri vəzifəsindən istefa verən Boris Conson 2020-ci ildə Baş nazirin iqamətgahında verdiyi şənliklərlə Covid-19 qaydalarını pozduğu üzə çıxdıqdan sonra həm rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası, həm də müxalifət liderləri və ictimaiyyət tərəfindən tənqid edilib.
Bundan əlavə, ölkədə Rusiya-Ukrayna müharibəsinin təsiri ilə iqtisadi cəhətdən çətin anlar yaşayan İngiltərədə şüşəni qıran son damla Mühafizəkarlar Partiyasının Parlamentdəki Qrup rəhbəri Kris Pinçerə qarşı təqib iddiaları olub. 

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər