{category-title}

Azərbaycanın müflis olmuş milyonçuları - SİYAHI
Azərbaycan milyonçularına görə dünya reytinqinə düşmüş ölkələrdəndir. Ölkənin milyonçuları onun güclü iqtisadiyyatının göstəricilərindəndir. Hazırda ölkədə və xaricdə yaşayan xeyli azərbaycanlı milyonçu var. Lakin onlardan bəziləri zamanla müxtəlif səbəblərdən müflis olub. 
"Unikal" Azərbaycanın müflis olmuş milyonçularının siyahısını təqdim edir:
Azərbaycanın müflis olmuş milyonçuları - SİYAHI
Hacı Zeynalabdin Tağıyev 1830-cu illərdə Bakıda kasıb başmaqçı ailəsində dünyaya gəlib. Sonradan milyonçuya çevrilən Tağıyev müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı idi. 
O, 1878-ci ildə neft quyusunun fontan vurmasından sonra Azərbaycanın məşhur milyonçusuna çevrilir. Bundan sonra o, enerji, balıqçılıq və digər sahələrdə də biznes qurur. 
Ölkədə saysız-hesabsız xeyriyyə əməlləri ilə tanınan milyonçunun bütün varidatı Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə alınır. 
Ona isə yalnız Mərdəkandakı bağ evi qalır. 
Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də Bakıda vəfat edib. 
Azərbaycanın müflis olmuş milyonçuları - SİYAHI
Azərbaycanın neft maqnatı, xeyriyyəçi və ictimai xadim Şəmsi Əsədullayev 1841-ci ildə Bakının Əmircan kəndində anadan olub. O, neftin Rusiyaya daşınmasında buxar gəmisindən ilk dəfə istifadə edən milyonçu idi. 
1860-cı ildən başlayaraq 15 il müddətinə milyonçu olan Əsədullayevin adı həmişə Nobel qardaşlarının adı ilə yanaşı çəkilib. Onun bütün mülkləri 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra kommunist rejimi tərəfindən milliləşdirilir. Bundan sonra məşhur milyonçu müflis olur. 
O, 1913-cü il 21 apreldə Yaltada 72 yaşında vəfat edib, meyiti sonradan Bakıya gətirilərək dəfn olunub. 
Azərbaycanın müflis olmuş milyonçuları - SİYAHI
20-21-ci əsrin tanınmış milyonerlərindən AST-Telman kimi tanınan Telman İsmayılov 1956-cı ildə Göyçayda anadan olub. 
Azərbaycan, Türkiyə və Rusiyada biznes quran milyarder dünya ölkələrinin prezidentləri səviyyəsində tanınırdı. 
Telman İsmayılovun müflisləşmə proseduru 2016-cı ilin avqust ayında başlayıb. Qərar iş adamının 17,4 milyard rubl borclu olduğu "VTB Bank"ın iddia ərizəsi əsasında verilib. Bundan sonra o, həbs edilib. Müflis elan olunan milyarder siyasi sığınacaq əldə edərək həbsdən çıxmağı bacarıb. 
Azərbaycanın müflis olmuş milyonçuları - SİYAHI
"Hafka" ləqəbi ilə tanınan əslən Naxçıvandan olan 58 yaşlı Hafiz Məmmədov "Bakı" futbol klubunun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, "Baghlan Group FZCO"nun prezidenti, eləcə də bir çox şəxsi biznesin sahibi idi. 
O, Naxçıvanda kasıb ailədə anadan olub. Ölkədə və xaricdə qurduğu biznes hesabına məşhur milyonerə çevrilir.  
İş adamı özü bildirib ki, onun müflisləşməsi 2013-cü ildə başlayıb. Amma o, bunu 3 il sonra bilib ki, onda da çox gec olub. Bundan sonra "Hafka"nın milyonlarla borcu yaranıb.
O, hazırda Bakıdakı milyonçular məhəlləsində yaşasa da, rəsmən müflis elan olunub. 
Azərbaycanın müflis olmuş milyonçuları - SİYAHI
Rusiyanın, xüsusilə Sankt-Peterburq şəhərinin qida sahəsində ən böyük şirkətlərindən sayılan "İntertorq" şirkətinin və "Spar" ərzaq mağazalar şəbəkəsinin yerli franşizasının həmsahibi olan Allahverdi Abdullayev də yeni dövrün milyonçularından idi. 
Onun qardaşı - milyarder Müşviq Abdullayev ötən illərdə 500-dən çox mağazasının bağlanmasından sonra müflis olur. Allahverdi Abdullayev isə 2021-ci ildə "Sberbank"dan 8 milyard rubl (107 milyon dollar) vəsaiti oğurlamaqda təqsirləndirilərək həbs edilib. 
Bunlardan başqa, əvvəllər vəzifəsindən sui-istifadə edərək "milyonçu" olan bir çox məmurun mülkləri dövlət tərəfindən müsadirə olunub. Onların çoxu hazırda həbsdədir. 

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər