{category-title}
Gündəm / Cəmiyyət
7.07.2022, 11:10
1000-ə yaxın bağçada yoxlama keçirilib
Ölkə ərazisində fəaliyyət göstərən 1600-dən çox məktəbəqədər təhsil müəssisəsindən 1000-ə yaxınında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq yoxlama-nəzarət tədbirləri keçirilərək inzibati intizam tədbirləri görülüb.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov deyib.
Aparat rəhbəri bildirib ki, nəticələr haqqında məlumatlar Təhsil Nazirliyinə təqdim olunub:
"Gələcək perspektivdə ölkə qarşısında duran əsas çağırışlardan biri, xüsusilə yeniyetmələrin, şagirdlərin düzgün qidalanmasının təşviq edilməsi, qida təhlükəsizliyi məsələlərinə diqqətin artırılmasından ibarətdir".