{category-title}

Kür, Araz.... üstəgəl də XƏZƏR..: Millət balığı əl-əl gəzər... - "Bu insafsızlıqdır, haramçılıqdır..."
Balıqlar çaylara, dənizə qayıdır. Azərbaycanda akkreditə olmuş diplomatik korpus və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin iştirakı ilə bu günlərdə Zəngilan rayonunda Həkəri çayına üç min qızılxallı forel balığı buraxılıb. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyevin sözlərinə görə, qızılxallı forel balığı yerli və bu su hövzəsinə xas növdür. "Su hövzələrinə balıq buraxılması prosesi ənənə halını alıb. Azad olunmuş ərazilərdə ilk dəfə qızılxallı forel balıqları ötən il ölkə başçısı tərəfindən Bəsitçaya buraxılıb.
Respublikanın digər ərazilərində də balıqların suya buraxılışı həyata keçirilir. Məqsədimiz su hövzələrində balıq populyasiyalarının, o cümlədən "Qırmızı kitab"a daxil edilmiş qızılxallı forel balığının populyasiyasının artırılmasına dəstəkdir. Bu il ərzində ümumilikdə 7 milyon balıq körpəsinin su hövzələrinə buraxılması nəzərdə tutulub", - deyə F.Əliyev qeyd edib. Balıq körpələrinin su hövzələrinə buraxılması Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunmasına və su hövzələrində bioresursların bərpasına töhfə vermək məqsədi daşıyır.
Qeyd edilir ki, balıqların kürütökmə dövrü ilə əlaqədar hər il ölkədə may ayının 1-dən etibarən balıq ovuna dördaylıq moratorium tətbiq edilir. Balıq ehtiyatlarının artırılması üçün bu müddət ərzində bütün qayda və tələblərə riayət edilməlidir. Bundan əvvəl də Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş genişmiqyaslı “Zəngin hövzələr” layihəsi çərçivəsində IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə iyun ayında Kür çayına və Göygöl gölünə də balıq körpələri buraxılıb. IDEA İctimai Birliyinin məlumatına görə, ETSN rəsmilərinin, IDEA İctimai Birliyi və nazirliyin könüllülərinin iştirakı ilə keçirilən tədbir zamanı 1000 ədəd körpə çəki balığı Kür çayına, 2000 ədəd körpə forel balığı isə Göygöl gölünə buraxılıb. Qeyd edilir ki, ölkənin müxtəlif regionlarında təbii su hövzələrinə balıq buraxılışı ilin sonunadək davam edəcək. “Zəngin hövzələr” layihəsi balıq növlərinin təbii populyasiyasının artırılması, balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıq körpələrinin təbii mühitə buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Layihəyə 2020-ci ilin may ayında start verilib. Təkcə ötən il 6 milyona yaxın müxtəlif növ balıq körpəsi su hövzələrinə buraxılıb. Balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıqların müntəzəm olaraq təbii su hövzələrinə buraxılması nəsli kəsilməkdə olan növlərin təbii populyasiyasının artırılmasını hədəfləyir. Son onilliklər ərzində Xəzər dənizinin nadir balıq növlərinin populyasiyası insan fəaliyyətinin mənfi təsirləri, o cümlədən çirklənmə, qaçaqmalçılıq və həddən artıq ovlanma nəticəsində məhvolma təhlükəsi həddinə çatıb. Bununla əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir.
Rusiyada da mütəxəssislər Xəzər dənizinə 11 milyondan çox kütüm balığı buraxıblar. Bu barədə “Report” “TASS”a istinadən xəbər verir. Bildirilib ki, balıqlar "Mehteb" inkubasiya zavodunda yetişdirilib. Qeyd olunub ki, son illərdə Xəzərdə kütüm ehtiyatlarının azalması müşahidə olunur. 2017-ci ildə 52 tondan çox ov edilibsə, 2021-ci ildə bu rəqəm 18,5 ton təşkil edib. Bu günə qədər kütüm ehtiyatı 211 min ton təşkil edir. Dia.az-ın məlumatına görə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Şərq”ə açıqlamasında balıq körpələrinin su hövzələrinə buraxılmasının balıq ehtiyatlarının artırılmasında əhəmiyyətli rol oynadığını dedi:
- Sözsüz ki, balıq ən faydalı, xeyirli qida məhsuludur. Təbii şəraitdə çoxaldığından bu məhsulun qiyməti ucuz olmalıdır. Lakin təəssüf ki, bu, müşahidə edilmir. Ümumiyyətlə, Azərbaycan əhalisinin balıq məhsullarına əlçatanlığı çox zəifdir. Dənizsahili ölkələrdə balıq ən ucuz, sərfəli ərzaq hesab edilir, əhali onu rahatlıqla əldə edə bilir. Amma bizim ölkəmizdə belə deyil. Qardaş Türkiyədə balıqçı gəmiləri sübh vaxtı sahilə yan alır, balıqçılar ovladıqları təzə balığı bazara çıxarır, uyğun qiymətə satırlar. Bizdə belə bir hal yoxdur.
Marketlərdə satılan balıqlar çox baha, küçədə, bazarlarda satılanlarsa şübhəli və təhlükəlidir. Çünki nə zaman ovlandığı, hansı şəraitdə saxlandığı bilinmir.
Balığın başına min oyun açırlar. Balıqçılıq sahəsi bizdə inkişaf etməyib. Xəzər dənizindən balıq ovlanır, lakin kütləyə çatdırılmır. Xəzər dənizi də çox çirklənib. Halbuki, balıqçılıq təsərrüfatının inkişafı ölkəyə böyük məbləğdə gəlir əldə etmək imkanı verər.
Amma balıqçılıq monopoliyada olduğu üçün dövlət gəlir əldə etmir, əhali də balığa həsrət qalıb. Balıqları ağlasığmaz üsullarla ovlayırlar.
Qeyri-insani üsullardan istifadə edilir, suya elektrik verilir... Bəzi yerlərdə böyüməmiş kiçik balıqları ovlayıb satışa çıxarırlar. Bu insafsızlıqdır, haramçılıqdır. Balıqçılıq sektoru mütləq dövlət nəzarətinə alınmalıdır. Yaxşı haldır ki, su hövzələrində indi balıqçılığı inkişaf etdirməyə başlayıblar.
Xüsusən də işğaldan azad edilmiş ərazilərdəki çaylarda balıq bolluğu yaradılmasına çalışırlar. Bu işlərdə mütləq mütəxəssislər iştirak etməlidir. Hansı çay hansı balıq növünə uyğundur, harada hansı balıq növləri artıb çıxala bilər, bunları bilmək lazımdır.

Son xəbərlər

QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu birgə müsabiqə elan edəcəklər

İtaliyanın 75-ə yaxın şəhərini etiraz aksiyaları bürüyüb

Misir Prezidentİ britaniyalı fəalı əfv edib

Putin: Rusiya istənilən təhdidə cavab verməyə hazırdır

Pakistanda hava zərbəsi nəticəsində 23 nəfər həlak olub

Avropa İttifaqı Azərbaycana dəstəyini gücləndirir

Məhkəmədə Malıbəyli və Quşçular kəndlərinə hücumla bağlı sənədlər elan edilib

Roland Prays: "Orta Dəhliz 15 ildə 28 milyard dollar investisiyaya ehtiyac duyacaq"

İstanbulda Azərbaycan məktəbi istifadəyə veriləcək - RƏSMİ

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Yasamal rayonunda yerləşən çoxmənzilli binada yanğın olub - YENİLƏNİB

Bakının bir sıra yollarında tıxac yaranıb

Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib - YENİLƏNİB

Prezidentlərin geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Formula 1-in müddəti uzadıldı - 2030-dək Bakıda keçirləcək

Ruslar Ukraynada daha iki kəndi işğal etdilər

Hərbi jurnalist Şəmistan Nəzirli vəfat edib

Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib

Zəngəzur dəhlizilə bağlı təfərrüatlar bu danışıqlarda dəqiqləşəcək

Prezidentdən Dövlət Suverenliyi Günü paylaşımı - Video

Azərbaycanda Dövlət Suverenliyi günüdür

KİV: Trampın helikopteri Londonda təcili eniş edib

Qriqoryan: Aİ ilə Ermənistan arasında dialoq başlayıb

Rusiyalı nazir müavini: Qızılın qiyməti artacaq

Bütün xəbərlər