{category-title}

Özbəkistanda nə baş verir? - Kürşad Zorlu
Özbəkistan son dövrlərdə geosiyasi mövqeyi, əhalisi və etdiyi siyasi seçimlərə görə dünya təhlükəsizlik arxitekturasının yenidən müzakirəyə çıxarıldığı indiki dövrdə diqqəti daha çox cəlb edir. Daşkənd 2017-ci ildən sonra atdığı inteqrasiya addımları, Ukrayna müharibəsində qəti mövqeyi və Əfqanıstan probleminin həllində açar olması ilə, eyni zamanda TDT-nin üzvlərindən biri kimi xüsusi önəmə sahibdir.
Bu sözləri Axar.az-a Özbəkistanın tərkibindəki Qaraqalpaq Muxtar Respublikasında baş verən son hadisələr haqqında danışan Türkiyənin Hacı Bayram Vəli Universitetinin professoru Kürşad Zorlu deyib. Problemin tarixindən bəhs edən professor məsələnin kökündə rus imperializminin “parçala və hökm sür” siyasətinin olduğunu qeyd edib:
“Qaraqalpaqlar Orta Asiyada yaşayan, türk dilində danışan və müstəqil dövlət statusu olmayan xalqdır. Qaraqalpaq Muxtar Respublikası Özbəkistanın tərkibindədir, cənubda Türkmənistan, qərb və şimalda Qazaxıstanla əhatə olunub. Qızıl Orda dövlətinin süqutundan sonra Sırdərya çayının hövzəsində yerləşən qaraqalpaqlar bir müddət kalmıklarla mübarizənin ardından Xivə xanlığının tərkibinə daxil olublar. Dilləri qıpçaq-bulqar qrupuna daxildir. Uzun müddət Çar Rusiyasına qarşı ciddi müqavimət göstərən qaraqalpaqlar 1873-cü ildə zorla imperiyanın tərkibinə daxil edilib. Sözügedən ərazi 1930-cu ildə Qazaxıstanın tərkibində muxtar bölgə olub, 1932-ci ildə birbaşa Moskvaya tabe edilib, 1936-cı ildə isə Özbəkistana verilib. Hazırda yaşanan problemlərin kökündə də bu birləşmə və ayrılmalar, süni yaradılan sərhəd problemləri və rus imperializminin idarəetmə anlayışı dayanır. SSRİ-nin dağılmasından sonra QMR-in müstəqil olma fikri ortaya çıxsa da, müəyyən bir mərhələnin ardından, 1993-cü ildə Özbəkistanla 20 illik birləşmə müqaviləsi imzalanıb. Müqaviləyə görə tərəflər 2013-cü ildə yenidən ya müddəti uzatmalı, yaxud referendum yolu ilə xalq Özbəkistandan ayrılaraq öz müqəddəratını təyin etməli idi”.
Kürşad Zorlu Qaraqalpaq Muxtar Respublikasında baş verən iğtişaşların öz məcrasından çıxma ehtimalının mümkünlüyünü bildirib və Türkiyənin liderliyində TDT-nin bütün ehtimallara qarşı hazırlıqı olmasının vacibliyini vurğulayıb:
“Hadisələr yeni Konstitusiya layihəsinin cəmiyyətin müzakirəsinə təqdim edilməsindən sonra başladı. Nümayişçilərin bir qisminin təşkilatlanmış formada hərəkət etməsi isə xaricdən müdaxilə ehtimalları ilə bağlı narahatlığı artırıb. Etirazlara Konstitusiyanın 70 və 74-cü maddələrində edilən dəyişikliklərin səbəb olduğu vurğulanır. Belə ki, 70-ci maddədə QMR-in suveren olduğu göstərilir. Onun suverenliyinin qarantı Özbəkistandır. Lakin müzakirəyə çıxarılan hazırki dəyişikliklərdə bu yoxdur. QMR Özbəkistanla ziddiyyət təşkil etməməsi şərti ilə öz konstitusiyasına sahib ola bilər və muxtar respublikanın sərhədləri xalqın razılığı olmadan dəyişdirilə bilməz. 74-cü maddədə Qaraqalpaq Muxtar Respublikasının ümumxalq səsverməsi ilə Özbəkistandan ayrılma haqqına sahib olduğu təsbit edilib. Lakin indiki Konstitusiya layihəsindən bu maddə çıxarılıb. Hadisələr başlayandan sonra Prezident Şövkət Mirziyayev Nukusa iki dəfə səfər edib, ölkədə fövqəladə vəziyyət elan olunub. Baş verən toqquşmalarda ölən və yaralananlar var. Hadisələr böyüyə və öz məcrasından çıxa bilər. Bu isə ancaq Mərkəzi Asiyada kirli oyunlar oynamaq istəyənlərin işinə yarayar. Ona görə rəsmi Daşkənd hadisələrə müdaxilə edərkən ifrat gücdən istifadədən çəkinməlidir. Qazaxıstan dövləti dünən verdiyi açıqlamada Özbəkistanı dəstəklədiyini bildirib. Fikrimcə, Türkiyə və Türk Dövlətləri Təşkilatı qardaş ölkəmiz olan Özbəkistana hər cür dəstəyi verməli, xaricdən mümkün müdaxilələrə qarşı bütün diplomatik və hətta hərbi həll yolları masada müzakirə edilməlidir”.

Son xəbərlər

Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq

Bakıda Azərbaycan-Ukrayna IT forumu keçiriləcək

Təhsil krediti alan tələbələrin əhatə dairəsi genişləndirilib

Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir"

Əli Əsədov: İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər Vaşinqtonda ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi

Salem Əl-Ketbi: Əliyev və Paşinyan Cənubi Qafqazda xəritələri və marşrutları yenidən formalaşdıra biləcək saziş imzalayıblar

Sabah yağış yağacaq - PROQNOZ

Bu il internat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Bütün xəbərlər