{category-title}

Dünyaya ibrət olan sədaqət, məhəbbət rəmzi - 30 İyun Sevgililər Günüdür
30 iyun Azərbaycanda milli Sevgililər Günü kimi qeyd olunur. Bu tarix 1989-cu ilin 30 iyun tarixində ailə quran İlham və Fərizə Allahverdiyevlərlə bağlıdır. 
 
1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ölkəmizdə sevginin, sədaqətin simvolu kimi hesab edilir. 
Azərbaycanda Sevgililər Günü dünya ölkələrinin əksəriyyətində olduğu kimi 14 fevralda deyil, iyun ayının 30-da qeyd edilir.
Belə ki, İlham və Fərizə cütlüyünün faciəli məhəbbət hekayəti milyonlarla azərbaycanlını kədərə boğub. Bu günün tarixçəsi qəmli olsa da, onların məhəbbətini Leyli və Məcnun, Fərhad və Şirinin məhəbbətləri ilə müqayisə etmək olar.
1990-cı ilin gəlişi Allahverdiyevlər ailəsinə sevinc yox, kədər gətirdi. Yanvar ayının 19-dan 20-nə keçən gecə sovet tanklarının Bakıya girdiyi an İlham hadisələrin şahidi oldu. Bu şahidlik onu şəhidlik zirvəsinə qaldırdı.   
Həyat yoldaşının həlak olduğunu eşidən Fərizə onsuz həyatdan imtina etdi. İntihara cəhd edən Fərizəyə mane oldular, ilk cəhdinin boşa çıxmasına baxmayaraq, o, fikrindən dönmədi. Fərizə doğmalarına vida məktubu yazıb, İlhamsız yaşaya bilməyəcəyini bildirərək sirkə içdi, bətnindəki körpəsi ilə birlikdə əbədiyyən gözlərini yumdu.
İlham və Fərizənin faciəvi talelərinə baxmayaraq, Azərbaycanda Sevgililər Günü onların nikaha daxil olduqları tarixdə qeyd edilir. Bu tarix azərbaycanlılar üçün əsl məhəbbət və sədaqət bayramıdır.
Qeyd edək ki, İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda - nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Hazırda həmin zavod İlham Allahverdiyevin adını daşıyır.
1989-cu ilin 30 iyununda “Vağzalı” sədaları altında Fərizə İlhamgilə gəlin köçüb. 1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxır. İlham həmin gecə hazırkı “20 Yanvar” dairəsində vurulub.

Son xəbərlər

Mahmud Səfəralıyev HƏBS EDİLDİ

Putin Hindistana getdi

ATƏT-in sədrindən Bakı və İrəvana MESAJ

Şuşada ifaçılıq mərkəzi tikiləcək

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır

Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası - ŞƏRH

Azərbaycan və İraq neft-qaz əməkdaşlığını müzakirə edib

Norveç XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dəstəklənməsinə çağırıb

Ceyhun Bayramov Vyanada ATƏT XİNŞ-in iclasında iştirak edir

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Beynəlxalq Türk Akademiyasının prezidenti: Azərbaycan böyük alimləri ilə fəxr etməlidir

Təfəkkür Universitetinin prorektorunu qətlə yetirən şəxslə bağlı qərar verilib

Ermənistanda məcburi hərbi xidmət müddətini qısaltmaq təklif olunub

23 nəfəri daşıyan mikroavtobus kanala aşdı

KİV: İtaliya tərəddüdlərdən sonra Ukrayna ilə bağlı siyasətini dəyişib

“Politico”: Aİ Rusiyanı terrorizmin maliyyələşdirilməsi üzrə “qara siyahı”ya salacaq

"Dövlət xidmətləri haqqında" qanun təsdiqlənib

NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Azərbaycana səfər edib

"Sabah" Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb

Türkiyə, Azərbaycan, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi keçirilib

KİV: Ermənistanda Pakistanın səfirliyi açılacaq

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət veriləcək

KİV: Rusiyada “Drujba” neft kəməri yenidən partladılıb

Dövlət Suverenliyi Günü iş günü hesab edilməyən bayram günü olacaq

Bütün xəbərlər