pressxeber.info
pressxeber.info

Vətəndaşı alçaldan azərbaycanlı merdən XƏBƏR VAR

330 dəfə baxılıb 14-06-2018, 16:40

Dünən polis tərəfindən saxlanılmış Gürcüstanın Marneuli vilayətinin azərbaycanlı merinə ittiham elan olunub.
Sfera.az xəbər verir ki, məlumatı istintaq təcridxanasından çıxan merin vəkili Zviad Asatiani təsdiqləyib. Onun sözlərinə görə, Temur Abazov özünü yaxşı hiss edir, lakin istintaq materialları ilə tanış olmadığı üçün detallar haqda danışa bilməz.
Temur Abazova qarşı cinayət işi Marneuli sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı hərəkətə yol verilməsi ilə bağlı qaldırılmışdı. Həmin şəxsin döyülməsi ilə bağlı Gürcüstan parlamentində təmsil olunan "Vahid milli hərəkat” partiyasının üzvü Azər Süleymanova, "Gürcü arzusu” partiyasından Marneuli bələdiyyəsinin üzvü Ramin Alahverdiyevə qarşı istintaq araşdırması başlayıb.
Qeyd edək ki, sosial şəbəkədə Marneuli sakininin "Gürcü arzusu” partiyasının sədri Bidzina İvanişvili və Marneuli meri Temur Abazovu təhqir etdiyi üçün alçaldıcı şəkildə üzr istəməsi ilə bağlı video yayılmışdı. Gürcüstanın "Monitor” studiyası bununla bağlı reportaj hazırlamışdı.
Bu videodan bir neçə gün əvvəl isə həmin şəxsin Rustaveli prospektində "Gürcüstan arzusu” nümayəndələrini söydüyünü əks etdirən video yayılmışdı.

 


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Haziran 2021    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi