{category-title}

“Prezident Şuşa əməliyyatında bunu qəti qadağan etmişdi” - Zakir Həsənov


“Biz hələ ki, Şuşa əməliyyatını ictimaiyyətə tam şəkildə çatdıra bilmirik. Burada bir məxfilik amili var”.

Bunu AzTV-yə müsahibəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Nazir müsahibəsində Şuşa əməliyyatı barədə də danışıb. General-polkovnik bu əməliyyatın bəzi detallarını açıqlayıb:

“Şuşa əməliyyatının hazırlanmasında bir neçə məsələni xüsusi qeyd etmək istəyirəm. Əməliyyatı hazırlayandan sonra cənab Prezidentə məruzə etdik. Təbii ki, o da fikirlərini söylədi, düzəlişlər etdi. Bilin ki, düşmən bizi ayrı istiqamətdən gözləyirdi. Birinci istiqamət o idi ki, onlar bizi həmişə Ağdam tərəfdən gözləyirdilər. Son günə kimi orada güclü bir qrup saxlayırdılar. Onlar da sonda mühasirəyə düşdü. Döyüşlər dayanmasaydı, orada Ermənistan ordusu böyük itki verəcəkdi. İkinci ehtimalları o idi ki, onlar bizi Qırmızı bazar istiqamətindən gözləyirdi. Orada da güclü müdafiə qurmuşdular. Ancaq bizim qəhrəman Mühəndis qoşunlarımız bir gecədə yol açdı. İndi Zəfər yolu ilə neçə saata gedirsiniz? Bax bu yolu bizim qəhrəmanlar bir gecədə açdılar. O yol torpaq yolu idi. Yağış yağırdı, yollar palçıq idi. Yəni, əməliyyatın hazırlıq ərəfəsində bizim topçular, havaçılar, raketçilər həm Laçın istiqamətində, həm də Xankəndi istiqamətində düşmənin hərəkətinin qarşısını aldı. Düşmənə imkan vermədik ki, Şuşanın müdafiəsində iştirak etsinlər. Bu əməliyyatın növbəti mərhələsində bizim qəhrəman xüsusi təyinatlılar Şuşaya daxil oldular və Şuşanı işğalçılardan azad etdilər.

Xüsusi qeyd etmək istəyərdim ki, əməliyyatın hazırlığında möhtərəm Prezident qəti qadağan etdi ki, Şuşa əməliyyatında artilleriyadan istifadə edilməsin. Birmənalı şəkildə dedi ki, bu, bizim tarixi şəhərimizdir, gərək bunu nəzərə alasınız. Adi döyüşlərdə təbii ki, artilleriyadan istifadə edirdik. Şuşa döyüşlərində nə artilleriyadan, nə də təyyarələrdən istifadə etdik. Şəhərə ağır zərbələr vurmadıq. Təbii ki, bu da düzgün idi. Nəticədə bizim qəhrəman xüsusi təyinatlılarımız əlbəyaxa döyüşdə Şuşanı azad etdi”.

Son xəbərlər

Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq

Bakıda Azərbaycan-Ukrayna IT forumu keçiriləcək

Təhsil krediti alan tələbələrin əhatə dairəsi genişləndirilib

Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir"

Əli Əsədov: İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər Vaşinqtonda ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi

Salem Əl-Ketbi: Əliyev və Paşinyan Cənubi Qafqazda xəritələri və marşrutları yenidən formalaşdıra biləcək saziş imzalayıblar

Sabah yağış yağacaq - PROQNOZ

Bu il internat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Bütün xəbərlər