{category-title}

AZAL-la bağlı məsələ parlamentdə qaldırıldı
“Nə qədər ki, dəmiryolu, avtomobil yolu açılmayıb, Naxçıvana aviabiletlərin qiymətlərinin artırılması yoxsul, imkansız ailələr üçün problemlər yaradır”.  
Bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında çıxışı zamanı Fazil Mustafa bildirib.
Deputat qeyd edib ki, 7-10 ildir müalicə üçün Bakıya gələ bilməyən ailələr var: “İran üzərindən quru yolu ilə də Naxçıvandan Azərbaycana gəlmək üçün əvvəllər də 30 AZN olan gediş haqqına əlavə 8 manat da artırılıb və hazırda 38 manat olub. Vaxt itkisini nəzərə alsaq, quru yolu ilə də gedib gəlmək heç də əlverişli deyil”.
O, eyni zamanda vurğulayıb ki, Naxçıvana və Türkiyəyə olan aviabiletlər AZAL tərəfindən öncə turizm şirkətlərinə satılır: “Gürcüstanla müqayisədə Türkiyəyə Bakıdan olan aviabiletlərin qiymətləri 5-6 dəfə artıqdır. Qiymətlər baha olduğuna görə, tələbələr, Azərbaycan vətəndaşları ölkəmizə gələ bilmirlər.
Onlar yerli hava şirkətləri ilə (Türkiyə -red.)  İğdıra, ordan Naxçıvana və daha sonra isə hava yolu ilə Azərbaycana gəlməli olurlar. Bu qiymət siyasətindən bütövlükdə bütün Azərbaycan əhalisi əziyyət çəkir. Təsəvvür edin, yalnız 20 gün, bir ay sonraya aviabiletlər tapılır. Düşünürəm ki, hökumət bu məsələ haqqında həssaslıqla düşünməli və qısa müddətdə Naxçıvan əhalisini bu əziyyətdən, zülmdən qurtarmalıdır”.
Xatırladaq ki, ötən gün də F.Mustafa Bakı-Naxçıvan-Bakı aviareysi üzrə biletlərin tapılmaması ilə bağlı şikayət etmişdi. AZAL isə deputata cavab olaraq şirkətin Bakıdan Naxçıvana və geriyə səyahət edən bütün sərnişinlərə aviabiletləri rəsmi saytında almağı təklif etdiyini açıqlamışdı: “Bu, AZAL-ın kassalarında yaranan uzun növbələrin azalmasına, həmçinin sərnişinlərin aviabiletlərin rəsmiləşdirilməsi prosesini asanlaşdırmağa kömək edəcək”.

Son xəbərlər

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

İlham Əliyev Şuşada "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

Bazar günü Azərbaycanda 38 dərəcə isti olacaq

CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır

Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib

İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoyub

FHN həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciət edib

Dünya bazarlarında neft ucuzlaşıb

Axtarışda olan 83 nəfər saxlanılıb

Qazaxda yol qəzasında 3 nəfər xəsarət alıb

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub

Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis - ŞƏRH

Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib

Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir - RƏSMİ

Kəlbəcərdə mina partlayışı olub

Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq

Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?

Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir

İqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyətin ləğv edilməsi son oxunuşda qəbul edilib

Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib

Bütün xəbərlər