{category-title}

“Bakı-Quba yolu az qala kütləvi qırğın yerinə çevrilib. Hər gün yolun iş görülən və avtomobillərin bir hərəkət hissəsi ilə üz-üzə getdiyi sahəsində ölümlə nəticələnən hadisələr olur”.
Bu fikirləri öz feysbuk hesabında yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov yazıb.
O xatırladıb ki, Bakı-Quba yolu beton yolu kimi yenidən qurulduqdan qısa müddət sonra həmin yoldan istifadə edənlərin baş bəlasına çevrilib: “Bunu hamı bilir. İstismara veriləndən az müddət sonra yolda əmələ gələn qüsurlar nəticəsində saysız-hesabsız qəzalar baş verib, avtomobillərə, daşınan yüklərə külli miqdarda ziyan dəyib. Nəhayət ki, yoldakı qüsurların əsaslı şəkildə aradan qaldırılmasına başlanılıb”.
Ə. Hüseynov qeyd edib ki, görülən işlərlə əlaqədar yolun hərəkət hissələrindən biri (Bakıya gələn istiqamət) xeyli məsafədə bağlanıb və avtomobillər digər hərəkət hissəsi ilə qarşı-qarşıya hərəkət edirlər: “Buna uyğun nişanlar qoyulub, sürət məhdudiyyəti tətbiq edilib, ötmə qadağan edilib, hərəkət hissəsinin ortası ilə xətt çəkilib və s.
Təəssüflər olsun ki, indi də həmin yol bu səbəbdən az qala kütləvi qırğın yerinə çevrilib. Hər gün yolun iş görülən və avtomobillərin bir hərəkət hissəsi ilə üz-üzə getdiyi sahəsində ölümlə nəticələnən hadisələr olur. Hadisələrin də demək olar ki, hamısı toqquşmadır (əksəriyyəti qarşılıqlı toqquşma olmaqla)”.
Ekspert, həmçinin sürücülərə də müraciət edib: “Əziz sürücülər, hara tələsirsiniz? Həmin yolun Gəndov kəndindən Yaşma qəsəbəsinədək pis vəziyyətdə olan və xeyli yerlərində iş gedən hissəsinin uzunluğu təxminən 70 km-dir. Bu məsafəni normal vəziyyətdə həmin yol üçün nəzərdə tutulan 90 km/saat sürətlə getsəniz, bu, təxminən 47 dəqiqə edir. Həmin məsafəni 60 km/saat sürətlə getmək isə təxminən 70 dəqiqə edir. Fərq cəmi 23 dəqiqədir. Həm də nəzərə alın ki, hər yerdə qabağınızda daş yüklü “KamAz” olmur və daha rahat getmək də olur. Həmin 23 dəqiqə üçün özünüzün və sərnişininizin həyatını, yaxud azadlığınızı riskə atmağa dəyərmi? Əlbəttə, yox. Onsuz da həmin 23 dəqiqələri boşa verdiyimiz minlərlə hal hamımızın həyatında var və olacaq.
Ona görə də qaydalara riayət edin, qadağandırsa, ötmə etməyin, sürət rejimini pozmayın, bir-birinizin arxasınca səbirlə getməyi öyrənin. Bütün bunlar elə də çətin iş deyil. Sadəcə olaraq, özünüzü “tələsirəm” sindromundan uzaq tutun.
Həmin yolun ən qısa vaxtda bərpa ediləcəyinə də ümid edirik. Yol tikənlər də nəzərə almalıdırlar ki, işlər nə qədər tez bitsə, qəzalar da az olar”.

Son xəbərlər

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Ermənistanın hücumları nəticəsində Laçında yaralanmış şəxs: İşğal zamanı qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb

Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

İran və Avropa üçlüyü XİN başçıları telefon danışığı aparacaq

İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü olub

Azərbaycan neftinin qiyməti 69 dolları keçib

Bütün xəbərlər