{category-title}

Araz Bəndəliyev

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Məhsul İşçisi 

 

Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə silinməz izlər qoymuş, ölkəmizin müstəqilliyini elan etməklə təkcə xalqımız üçün deyil, bütün İslam dünyası üçün böyük addım atmışdır. 1918-ci il may ayının 18-dən - mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan demokratik respublika bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırmışdır. Cümhuriyyət parlamentinin ilyarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrinin sürətli inkişafına təkan vermişdir. Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərmiş, insan hüquq və azadlıqlarının bərqərar olması, bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, nizami milli ordunun, dövlətin vacib strukturlarının qurulması - bütün bunlar Cümhuriyyətin yürütdüyü siyasətin bariz ifadəsi olmuşdur. Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi kimi xarakterizə edən ulu öndər Heydər Əliyev demişdir: "Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Gördüyü bir sıra məqsədyönlü işlər Xalq Cümhuriyyəti Hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir".

1920-ci ildə Cümhuriyyətin varlığına son qoyulsa da müsəlman şərqində ilk demokratik respublika olaraq bugünkü güclü dövlətimizin sələfi qismində müstəqilliyimizə hüquqi-siyasi və mənəvi əsaslar formalaşdırmışdır. 1991-ci ildə xalqımız özünün dövlət müstəqilliyini bərpa etmiş, Cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində yeni Azərbaycan dövlətini yaratmışdır. Lakin yenidən müstəqilliyinə qovuşduqdan sonra Azərbaycan öz tarixinin mürəkkəb dövrünü yaşamış, müstəqilliyin ilk illərində ölkədə ictimai - siyasi həyatın bütün sahələrində xaos, hərc-mərclik, anarxiya hökm sürmüşdür. Möhtərəm Prezidentimiz İham Əliyev öz çıxışlarında o illərin ümumi mənzərəsini - Azərbaycanın düşdüyü ağır vəziyyəti xarakterizə edərkən xüsusi vurğulamışdır ki, 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan yenidən, XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşdu. Ancaq müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçib və əslində, biz ikinci şansı da əldən verə bilərdik. Biz hamımız o illəri çox yaxşı xatırlayırıq. Ölkədə hökm sürən anarxiya, özbaşınalıq və total böhran faktiki olaraq Azərbaycanı parçalanmağa sürükləyirdi, Azərbaycan uçurum kənarında idi. Müstəqillik 1991-93-cü illərdə formal xarakter daşıyırdı. Biz bir tərəfdən, daxili çəkişmələr və hakimiyyət uğrunda aparılan mübarizə, vətəndaş müharibəsi, digər tərəfdən, Ermənistanın Azərbaycana etdiyi təcavüz siyasəti nəticəsində torpaqlarımızın işğal altına düşməsi şəraitində yaşamışıq...

Təbii ki, belə vəziyyətdə Azərbaycanın əsl xilaskara böyük ehtiyacı vardı. Həmin vaxt hamının nəzərləri Naxçıvana - böyük siyasətçi və dövlət xadimi Heydər Əliyevə dikilmişdi. Azərbaycan xalqı şübhə etmirdi ki, ölkəni düşdüyü çətin, çıxılmaz vəziyyətdən yalnız və yalnız Heydər Əliyevin təcrübəsi, müdrikliyi, iradəsi xilas edə bilər. Yeri gəlmişkən, ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı illərdə muxtar respublika siyasi, sosial-iqtisadi və mədəni inkişafının çətin, eyni zamanda əlamətdar dövrunü yaşamışdır. Bu dövrdə Heydər Əliyev Naxçıvandakı sovet qoşunlarının arsenalının bütünlükdə muxtar respublikanın dövlət orqanlarının nəzarəti altında təhvil-təslimini təmin etmiş, burada Azərbaycan ordusunun güclü birləşmələri formalaşmış, ermənilərin hücumlarına qətiyyətlə cavab verilmişdi. Onun təşəbbüsü ilə Ali Məclis muxtar respublikanın adından "Sovet Sosialist" sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərarlar qəbul edilmiş, 31 dekabr günü Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi tarixə yazılmış, qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradılmışdı.

Ulu öndər Heydər Əliyev xalqın bu ağır, dar günündə ömrünün qalan hissəsini də canından çox sevdiyi xalqına bağışlayaraq onun təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəlmişdir. Xilaskarlıq missiyasını öz üzərinə götürən dahi rəhbər həyatını təhlükə altında qoyaraq Gəncəyə getmişdir. Ümummilli lider Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısının alınmasında son dərəcə əhəmiyyətli rol oynamışdır. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. 1993-cü il iyunun 24-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan möhtərəm Heydər Əliyev həmin ilin oktyabrın 3-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın taleyi ilə bağlı pərdəarxası oyunlara son qoyulmuş, dövlət müstəqilliyi qorunub saxlanılmış, müstəqil dövlət təsisatları yaradılmış, dövlət quruculuğu prosesi böyük vüsət almışdır. Dövlətçiliyimizin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər, iqtisadiyyatımızın inkişaf etdirilməsi istiqamətində bütün imkanlardan lazımi qaydada istifadə olunması, dövlət strukturlarının formalaşdırılaraq beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi, Azərbaycan Respublikasının dünya ölkələri ilə əlaqələrinin genişləndirilməsi və bu kimi çoxlu sayda mühüm məsələlərlə bağlı görülmüş işlər yalnız və yalnız möhtərəm Heydər Əliyevin gərgin əməyinin, müdrik siyasətinin nəticəsidir.

Yeni Azərbaycan Partiyasının VII qurultayındakı nitqində Prezident İlham Əliyev demişdir ki, o dövrü düzgün təhlil edərkən biz gələcəkdə də özümüzü hər hansı bir risklərdən sığortalanmış olarıq: "O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.

Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq. 1993-2003-cü illər həlledici illər olmuşdur. Dövlətçiliyin əsasları qoyulmuşdur. 20 Yanvar faciəsinə siyasi qiymət verilmişdir. Nə üçün Xalq Cəbhəsi-Müsavat cütlüyü 20 Yanvar faciəsinə siyasi qiymət verməmişdir? Onların bir il vaxtı var idi. Nə üçün? Çünki onların da əli Azərbaycan xalqının qanına batmışdır. Onlar da 20 Yanvar faciəsini ört-basdır etmək istəyirdilər. Yalnız Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verdi. Konstitusiya yalnız Heydər Əliyevin dövründə qəbul edildi. Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura məhz onun göstərişi ilə onun tərəfindən ləğv edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Biz beynəlxalq təcriddən çıxdıq. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başlamışdır. Böyük investisiyalar cəlb edildi ölkəmizə. Ordu quruculuğuna start verildi. Bizim nizami ordumuz yox idi. Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. O kadrlar ki, bu gün də ölkəmizin müxtəlif sahələrində öz töhfələrini verirlər".

Bu gün böyük qürurla deyirik ki, ümummilli lider Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində hazırda beynəlxalq aləmdə özünə layiqli yer tutan Azərbaycan həm cümhuriyyət dəyərlərini yaşadır, həm də öz müstəqil siyasəti ilə fərqlənir. Müstəqil yaşamaq, öz taleyinin sahibi olmaq xalqımıza böyük uğurlar qazandırmışdır. Dövlətimizin başçısının müdrik rəhbərliyi altında respublikamız regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü faktora çevrilmiş, bütün dünyada etibarlı ölkə kimi tanınmışdır. Son 17 ildə ardıcıllıqla həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanı daha güclü dayaqlara malik olan və milli maraqları qətiyyətlə qoruyan dövlətə çevirmişdir. Çoxşaxəli islahatlar, uğurlu daxili və xarici siyasət sayəsində sabitlik diyarı və inkişaf məkanı kimi tanınan Azərbaycanın dünya birliyindəki öncül mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənmişdir.

Müstəqil Azərbaycan heç kimdən asılı olmadan, heç kimdən kömək gözləmədən inkişaf edir və bütün sahələrdə öz gücünü, qüdrətini artırır, demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli müqəddəs bayrağımız bu gün daha əzəmətlə dalğalanır. Beynəlxalq aləm, dünya dövlətləri müstəqil Azərbaycanla hesablaşır, onun qüdrətini, təsir gücünü yaxından hiss edir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tariximizin ən böyük xilaskarlıq missiyasını yerinə yetirməklə xalqımızın qəhrəmanlıq salnaməsini yenidən yazmış, müqəddəs arzusunu uğurla gerçəkləşdirərək güclü və qüdrətli Azərbaycanımızın beynəlxalq münasibətlər məkanındakı əsl yerini, söz sahibi olduğunu dünyaya sübut etmişdir. 44 günlük Vətən müharibəsində, döyüş meydanında əməli təsdiqini tapan "Qarabağ Azərbaycandır və nida" həqiqəti milli birliyimizin, haqqın və ədalətin, zəfərin parlaq nümunəsinə çevrilmişdir. Azərbaycan özünün yüzilliklər tarixində heç vaxt hərbi sahədə belə böyük qələbələr qazanmamışdır. Dünya müstəqil Azərbaycanın gücünü, qüdrətini Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün ərzində işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsində aydın görmüşdür. Azərbaycan xalqı öz müdrik Lliderinin - qətiyyətli Sərkərdəsinin ətrafında sıx birləşərək 30 ilə yaxın davam edən münaqişədə erməni faşizmini məhv etmiş, düşmən üzərində tarixi Qələbə, Zəfər qazanaraq böyük geosiyasi məkanda proseslərin bütöv məcrasını tamamilə dəyişmişdir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin "Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Biz öz taleyimizin sahibiyik, biz müstəqil ölkəyik, biz azad xalqıq, biz dünya miqyasında öz layiqli yerimizi tutmuşuq və bundan sonra da müstəqillik, inkişaf yolu ilə gedəcəyik",- sözləri Ümummilli Liderin vaxtilə söylədiyi: "Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq" fikrinin real həyatda gerçək üzüdür. 30 ildən sonra Qələbə, Zəfər işığına bürünən Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi, Ermənistanı məğlub etmiş ölkə kimi Respublika Gününü qeyd edir. Bayramın mübarək, Azərbaycan!

Son xəbərlər

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Bütün xəbərlər